Yuxarı

Müəllimi polisə verən məktəb direktoru nazirliyə çağırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:30

Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin müəllimi Həbib Əlizadə ilə direktor Ziyafəddin Cavadov arasındakı problem həll olunub.

Bu barədə Axar.az-a Lənkəran Rayon Təhsil Şöbəsindən məlumat verilib. Şöbədən bildiriblər ki, Həbib müəllimin ekskursiya təklifini reallaşdıracaqlar:

“Həbib müəllimlə direktor Ziyafəddin Cavadov arasında kiçik insident olub. Bölmə polisinin yanından keçən zaman polis bunu eşidib. Biz polisə də bildirdik ki, Həbib müəllimin polisə çağırılmasını istəmirik. Hazırda hər şey qaydasındadır, heç bir problem yoxdur. Həbib müəllim fəal, qabaqcıl və müasir müəllimdir, həmçinin Ziyafəddin müəllim də. Sadəcə olaraq direktorla müəllimin yüngülvarı problemi olub. Təhsil Şöbəsi məsələni bildikdən sonra müdaxilə etdi və artıq hər şey qaydasındadır. Hər bir kollektivdə kiçik problemlər olur. Bizim də vəzifəmiz belə məsələləri həll etməkdir.

Sosial şəbəkələrdə yazılan qədər böhranlı bir vəziyyət yoxdur. Biz Həbib müəllimi və məktəb direktorunu dəstəkləyirik. Ekskursiya qanuni olacaqsa, Həbib müəllimin təklifini qəbul edəcəyik. Ucqar dağ kəndinin məktəblilərinin Bakıya ekskursiyaya aparılması çox yaxşı təklifdir. Məktəblilərimizin dünyagörüşünün formalaşmasında belə gəzintilər çox böyük rol oynayır. Şübhəsiz ki, biz də qanuni istiqamət verəcəyik və bu ideyanı reallaşdıracağıq”.

Qeyd edək ki, Lənkəran rayonu Gəgiran kənd tam orta məktəb müəllimi Həbib Əlizadə Feysbukda məktəbin direktoru Ziyafəddin Cavadovun onu polisə şikayət etdiyini bildirib. O, direktorun şikayətinin məktəbin şagirdlərinin Bakıya ekskursiyaya aparmaq istəməsi ilə əlaqədar olduğunu bildirib.

***

Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin müəllimi Həbib Əlizadəni polisə verən məktəb direktoru Təhsil Nazirliyinə çağırılıb.

Bu sözləri H.Əlizadə Feysbuk hesabında qeyd edib. O bildirib ki, məsələ ilə bağlı Lənkəran şəhər Polis Şöbəsinə gedib. Ona hər hansı ciddi problem olmadığını və işinə davam edə biləcəyini deyiblər.

Tarix
2018.05.24 / 12:31
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla