Yuxarı

Təhsil Şöbəsi "problem həll olundu" dedi, amma...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gündür mənə qarşı sosial şəbəkədə və mediada ittihamlar səsləndirilir.

Axar.az xəbər verir ki, bu sözləri Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin müəllimi Həbib Əlizadə qeyd edib. O bildirib ki, şagirdləri Bakıya ekskursiyaya aparmaq təklifinə görə məktəbin direktoru ilə başlayan qalmaqaldan sonra ona qarşı ittiham və iftiralar artıb:

“Mənə rəsmi olaraq bildirildi ki, məsələ araşdırılır. Təhsil Şöbəsi artıq problemin həll olduğunu deyib. Polis Şöbəsi isə şifahi izahat belə almadan məni yola saldı. Heç bir şagirddən pul yığılmayıb. Sadəcə ideya olub. Az qala məni cinayətkar çıxaracaqlar. Deyirlər, şou-reklam edir, öz mənfəəti üçün edir. Əgər belə idisə, onda nə üçün mənə verilən hədiyyə maşını almadım, mənə təklif olunan vəzifəyə getmədim”.

Həbib Əlizadə bu günə qədər məktəblə bağlı atdığı addımları icazə ilə həyata keçirdiyini və ictimaiyyətlə paylaşdığını bildirib:

“Hər şeyi şəffaf və açıq etmişəm. Bütün təndiqlərə hörmətlə yanaşıram. Amma açıq paylaşdığım məsələlərdə belə mənə iftira atmaq doğrumu? Yıxılana balta çalmaq üçün fürsətdir. Mənim itirəcəyim nə var ki? Sıravi bir kənd müəllimiyəm. 3 ildir zülmlə gəlib-gedirəm. Gəlib görsünlər ki, necə yaddan çıxmış məmləkətdir. Orada işləmək elə bilirsiz ki, mənə asandır?”

Qeyd edək ki, Lənkəran rayonu Gəgiran kənd tam orta məktəb müəllimi Həbib Əlizadə şagirdləri Bakıya ekskursiyaya aparmaq istədiyi üçün məktəbin direktoru Ziyafəddin Cavadovun onu polisə şikayət etdiyini bildirmişdi. Bundan sonra RTŞ problemin həll olunduğu haqqında açıqlama vermişdi.

Tarix
2018.05.26 / 21:17
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla