Yuxarı

Polislər həkimlərlə birgə reyd keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Havaların isti keçməsi ilə əlaqədar olaraq Bərdədə Baş Dövlət Yol Polisi idarəsinin Yol Patrul Xidməti Alayının 13 tağımı hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirir.

Report-un məlumatına görə, Yol Patrul Xidməti Alayının 13-cı tağımında da stasionar postda sürücülərin və hərəkət iştirakçılarının dincəlməsi və soyuq su ilə yuyunması üçün hər cür şərait vardır. Elə reyd vaxtı da yol polisi əməkdaşları isti havada uzaq məsafəyə gedən bəzi sərnişin avtobuslarının sürücülərini saxlayaraq onları maarifləndirir, öz tövsiyələrini verir və stasionar postda yaradılmış şəraiti bir daha nəzərinə çatdırırlar.

Sürücü və sərnişinlər isti havada stasionar postdakı bulaq-kompleksində üzlərini yuyur sərin su ilə təmin edilir, 5-10 dəqiqə dincəlir və bundan sonra yoluna davam edirlər.

Həkimlər də özlərini narahat hiss edən sərnişinlərə tibbi xidmət göstərirlər. Reyd zamanı bir neçə sürücü və sərnişinin qan təzyiqi ölçüldü və lazımi tibbi yardım göstərildi.

Keçirilən reyd zamanı qəza şəraiti yaradan, təhlükəsizlik kəmərindən istifadə etməyən, yolun sağ hissəsi boş olduğu halda solu ilə hərəkət edən, yükdaşıma qaydalarını pozan dövlət nömrə nişanı olmayan nəqliyyat vasitələri, avtomobili icbari sığorta etdirməyən çoxlu sayda sürücü saxlanıldı. Və onların hər biri barəsində elektron protokol tərtib edildi, lazımi məsləhətlər verildi.

Tarix
2018.07.16 / 00:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla