Yuxarı

Metropoliten bu şəxsləri işə dəvət edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteni QSC hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir.

QSC-dən Axar.az-a verilən məlumata görə, seçimdə iştirak etmək istəyən namizədlərin yaşı 24-30 arasında olmalıdır. Həmçinin ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı, hərbi mükəlləfiyyətli kişilər, eləcə də qadınlar iştirak edə bilərlər.

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.

İddiaçılar Bakı Metropoliteni QSC rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir.

Elektron ərizələr 10 avqust 2018-ci il tarixinə qədər qəbul edilir.

Tarix
2018.07.16 / 14:32
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla