Yuxarı

Azərbaycanda dəhşət: Bacı qardaşının şah damarını kəsdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:21

Gədəbəydə qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Slavyanka kəndində olub. Kənd sakini 2001-ci il təvəllüdlü Samir Sübhan oğlu Alıyev boğaz nahiyəsindən bıçaqlanıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, S. Alıyev zarafatlaşan zaman bacısı, 1998-ci il təvəllüdlü Sevinc Alıyeva tərəfindən bıçaq xəsarəti alıb.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

***

Gədəbəydə 20 yaşlı qızın özündən 3 yaş kiçik qardaşını qətlə yetirməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Slavyanka kəndində ehtiyatsızlıqdan 2001-ci il təvəllüdlü qardaşı Samir Alıyevi boğaz nahiyəsindən bıçaqlayaraq öldürən Sevinc Alıyevanın nişanlı olduğu və ailənin toya hazırlaşdığı məlum olub.

Bildirilir ki, ailə başçısı Sübhan Alıyev vaxtaşırı olaraq işləmək üçün Rusiya Federasiyasına gedir və hazırda qonşu ölkədədir. Hadisədən sonra ona məlumat verilib və uşaqların atası ölkəyə qayıdır.

Vəfat edən 17 yaşlı Samir Alıyev məktəbi bu il bitiribmiş.

Hadisə ilə bağlı daha konkret məlumatlar prokurorluqda aparılan araşdırmadan sonra üzə çıxacaq.

Tarix
2018.07.17 / 10:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla