Yuxarı

MTN xüsusi əməliyyat keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində, beynəlxalq internet şəbəkəsinə qoşulmanı təmin edən xüsusi texniki avadanlıqların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsi hüquqazidd əməlinin törədilməsinə görə Ukrayna Respublikasının vətəndaşı, faktiki Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yaşamış Yançitski Oleksandr Oleksandroviç şübhəli şəxs qismində tutulub.

MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, faktla bağlı nazirliyin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılmışdır. Yançitski Oleksandr Oleksandroviç təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Müəyyən edilib ki, Oleksandr Yançitski və qeyriləri gəlir əldə etmək məqsədilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda dəyəri olan və beynəlxalq internet şəbəkəsinə qoşulmanı təmin edən 60 ədəd "Asus" markalı "RT16" tipli router cihazını Gürcüstan Respublikasının Kutaisi şəhərində əldə edərək, sonradan həmin texniki avadanlıqları "Tbilisi-Bakı" marşrutu üzrə işləyən sərnişin avtobusunda qaçaq yolla, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirib Azərbaycan Respublikasına gətiriblər.

Oleksandr Yançitski Bakı şəhərində fəaliyyət göstərən 30-dan artıq müxtəlif, o cümlədən iri ticarət və istirahət mərkəzlərinin, kafe, restoran, klub və digər xidmət və iaişə müəssisələrinin rəhbərləri ilə əvvəlcədən əldə olunmuş razılığa əsasən "Asus" markalı "RT16" tipli router cihazlarını həmin obyektlərdə quraşdıraraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz rabitə və internet xidmətləri göstərməyə başlamışdır. Bu obyektlərə baxış keçirilərkən həmin cihazların işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə olduğu aşkar edilib.

Qeyd olunub ki, həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində informasiya-elektron texnologiyaları sahəsi üzrə ixtisaslaşmış və zəruri biliklərə malik şəxslərin Azərbaycan dövlətinin qanunla qorunan iqtisadi mənafelərinə zərər vura biləcək fəaliyyətləri ifşa edilməklə yanaşı, eyni zamanda beynəlxalq internet şəbəkəsinə icazəsiz qoşulmalarla müxtəlif transmilli mütəşəkkil cinayətkar məqsədlər üçün mümkün istifadənin də qarşısı alınıb. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əhaliyə xidmət sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin bir daha diqqətinə catdırılır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq, yəni tələb olunan lisenziyanı almadan qanunsuz rabitə və internet xidmətlərinin göstərilməsi cinayət məsuliyyəti yaradan hüquqazidd əməllərdir.

Tarix
2014.09.12 / 15:38
Müəllif
Axar.az
Digər xəbərlər

Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi

Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - Foto

İrəvan dərhal Bakı ilə sazişi imzalamağa hazırdır - Mirzoyan

Erməni əsgər sərhəddə postumuzu daşa basdı - Video

Azərbaycana bu sazişə qoşulmağı təklif edəcəyik

Azərbaycan gələn il bu tədbirlərə ev sahibliyi edəcək

Putin çətin vəziyyətə düşüb, Zelenskidən bunu gözləmirdi

Türkiyə üçün ən böyük təhdid PKK yox, budur

Mövqelərimiz atəşə tutuldu: Ordumuz cavab verdi

Azərbaycanda cərraha yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla