Yuxarı

Qumar oyunları, alkoqol, siqaretə aludəlik... – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunun Ərkivan qəsəbəsində “Gənclər zərərli vərdişlərə YOX deyir” adlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin təşkilatçılığı ilə keçirilən tədbirdə millət vəkilləri Qənirə Paşayeva və Rəşad Mahmudov iştirak edib.

Qənirə Paşayeva bildirib ki, hazırda il ərzində 5,4 milyon insan tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişir:

“Gənclər arasında qumar oyunları, tütün məhsullarından, spirtli içkilərdən və narkotik maddələrdən istifadə olunmasına qarşı, ona meyilliyin artmaması istiqamətində ciddi mübarizə tədbirlərini, maarifləndirmə işlərini artırmalıyıq. Gənclərin qumar oyunlarına aludə olmasına və bununla da öz həyatlarını məhv etmələrinə qarşı mübarizəmiz bir cəmiyyət olaraq güclü olmalıdır. Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalı və biz hamımız gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və çox hallarda bir daha xilas ola bilmirlər. Siqaretin dəhşətli zərərli təsirləri var və onu atmaq, ondan xilas olmaq heç zaman gec deyil. Sadəcə, güclü iradə və bunu necə edə bilməklə bağlı əldə edəcəkləri biliklərlə buna cəhd etmələri vacibdir”.

Millət vəkili vurğulayıb ki, ölkəmizdə də insanlar, xüsusilə gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməli və gənclərimizin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərimizi daha da artırmalıyıq:

”Ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür. Məktəb təhsil verməklə bərabər vətəndaş da yetişdirir və müəllimlərimizdən xahiş edirik ki, gənclər arasında zərərli vərdişlərlə bağlı mütəmadi söhbətlər aparsınlar, gənclər arasında bu zərərli vərdişlərə tutulanları gördükdə zamanında gec olmadan onlara dəstək olmağa daha da çox çalışsınlar. Müəllimlər toplumun ziyalılarıdır və bu gün sizin bu məsələlərdə də böyük dəstəyinizə ehtiyac var”.

Millət vəkili Rəşad Mahmudov zərərli vərdişlərlə bağlı, gəncləri bunlardan qorumağın yolları barədə geniş məruzə ilə çıxış edib.

Millət vəkilləri Qənirə Paşayeva və Rəşad Mahmudov, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova gəncləri, müəllim və ziyalıları maraqlandıran sualları da cavablandırıblar.

Tarix
2018.07.18 / 10:09
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla