Yuxarı

Quba yolundakı ağır qəzanın səbəbi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:43

Bakı-Quba yolunda baş verən qəzada iştirak edən sərnişin avtobusu texniki müayinədən keçdikdən sonra yola çıxıb.

Bu barədə Axar.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib. Məlumata görə, qəzadan dərhal sonra DANX-ın Sərnişin daşımalarının tənzimlənməsi sektorunun müdiri Arif Məmmədov və sərnişin avtobusunun mənsub olduğu ANDT MMC-nin rəisi Elnur Mahmudov hadisə yerində olublar.

Bildirilib ki, qəzaya yolun qaşınması və minik avtomobilinin yüksək sürəti səbəb olub:

“Bakı-Qusar marşrutu ilə hərəkət edən 10 UZ 751 nömrəli “Hunday” markalı sərnişin avtobusu 90 LO 148 nömrəli “Nissan” markalı minik maşını ilə toqquşub. 10 UZ 751 nişanlı, Hüseyn Abbasov adlı fiziki şəxsə məxsus “Hunday” Bakı-Qusar marsrutu ilə hərəkət edən zaman “Nissan Xtrail” ilə toqquşub. Marşrut xətti ilə hərəkət edən avtobus saat 8:00-da 28 nəfər sərnişinlə Avtovağzaldan çıxıb. ANDT MMC-dən daxil olan məlumata görə, sərnişin avtobusu texniki müayinədən keçdikdən sonra yola çıxıb. İlkin ehtimallara əsasən, Quba yolunun 142-ci kilometrliyində “Nissan” markalı minik maşınının sürücüsü yolun qaşınması və yüksək sürət səbəbi ilə idarəetməni itirərək qəza hadisəsi törədib.

Qeyd edək ki, baş verən qəza nəticəsində minik avtomobilinin sürücüsü dünyasını dəyişib. 10 nəfər sərnişin isə müxtəlif dərəcəli xəsarət alıb.

Tarix
2018.07.18 / 14:12
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla