Yuxarı

İran üçün minlərlə şəhid vermişik, amma… - Qazipur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və digər dillərin İrandakı məktəblərdə tədris olunması fars dilinin tədrisinə mane olmur.

Teleqraf.com xəbər verir ki, bunu İran parlamentinin Güney Azərbaycanın Urmiya şəhərindən olan millət vəkili Nadir Qazipur deyib.

O, İranın Təhsil naziri Məhəmməd Bəthayinin məktəblərdə qeyri-fars dillərinin tədrisinin qadağan edilməsi ilə bağlı səsləndirdiyi fikirlərə etiraz edib:

“Belə açıqlamalar Konstitusiyaya zidd olmaqla yanaşı, həm də ağılsızlıqdır. Görünür ki, belə açıqlamalar verənlər ölkənin həssas şəraitdə olmasından xəbərsizdirlər. Təhsil naziri cənab Məhəmməd Bəthayi məktəblərin və müəllimlərin problemlərini həll etmək əvəzinə, Konstitusiya və ölkə rəhbərinə qarşı zidd fikirlər söyləyir”.

Nadir Qazipur Güney Azərbaycan türkləri haqqında xoş sözlər deyib:

“Azərbaycan əhalisi çox şərəfli insanlardan ibarətdir. Bizim qadınlarımız qızılları ilə Sovet ordusunu bu ölkədən çıxardıb. Bizim şərafətimiz kiminsə milli mənafeyinə qarşı çıxmır. Azərbaycan əhalisi 8 illik müharibədə İranın müstəqilliyi və ərazi bütövlüyü uğrunda minlərlə şəhid verib. Bu insanların övladları öz dilini öyrənməlidir. Ana dilində dərs keçmək şübhəsiz ki, şagirdlərin inkişafına xüsusi təsir göstərəcək”.

Qeyd edək ki, təhsil naziri qeyri-fars dilləri ölkəsi üçün təhlükə adlandıraraq, məktəblərdə tədrisinin qadağan edildiyini bildirib.

Tarix
2018.07.21 / 17:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla