Yuxarı

Qobustanda yol terroru: 3 ölü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 29-da saat 21:37-də Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Salyan magistral avtomobil yolunun 61-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Qəzanın baş verməsi və vətəndaşın köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Qobustan rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə çıxıb.

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, sürücüsü məlum olmayan KamAZ markalı 90 JF 164 dövlət nömrə nişanlı yük avtomobili ilə şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi VAZ 2106 markalı 07 BD 435 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Nəticədə avtomobillər ağır deformasiyaya uğrayıb.

Qəza zamanı VAZ 2106 markalı avtomobildə olan sərnişin (kişi) zərbə nəticəsində avtomobilin ön hissəsindən yerə düşüb. O aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.

Ağır deformasiyaya uğramış VAZ 2106 markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü və şəxsiyyəti məlum olmayan digər sərnişin (qadın) də aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri adıçəkilən avtomobildən çıxararaq hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verib. (APA)

Tarix
2013.11.30 / 00:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla