Yuxarı

Sabiq rəisin qətl törətdiyi xəbəri yayıldı - Şok

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabiq rəisin qətl törətdiyi xəbəri yayıldı - Şok

Sabunçu rayonunun keçmiş polis rəisi Rza Hacıyev yenidən mətbuatın diqqət mərkəzindədir.

Musavat.com-a etibarlı mənbədən daxil olan məlumata görə, Telman İsmayılovun (AST Telman –red.) Antalyadakı "Mardan Palase" otelində Rza Hacıyevin tanışı olduğu bildirilən qadının meyiti aşkarlanıb. 24 yaşlı Arzu Qəmbər qızının bədəni üzərində zorakılıq əlamətləri olub. Məlumata görə, polis rəisi qadına həmin xəsarətləri yetirməkdə şübhəli bilinir.

Qaynağımız iddia edir ki, R.Hacıyev qadını döyərək öldürüb. Polis polkovniki olan R.Hacıyev bu ilin fevralında Neftçala Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən yaş həddi ilə bağlı azad olunaraq təqaüdə göndərilib. O, sonuncu iş yeri olan Neftçala RPŞ-yə Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsindən çıxarılandan aylar sonra, 2009-cu ildə təyin olunmuşdu. 2008-ci ildə R.Hacıyevi Sabunçu RPİ-nin rəisi vəzifəsindən evində baş verən müdhiş oğurluğa görə çıxarmışdılar.

Həmin vaxt R.Hacıyevin sürücüsü polis rəisinin ailə üzvlərindən biri ilə evdən qızıl-zinət və xeyli pul götürərək Rusiyaya qaçmışdılar. Sonradan R.Hacıyevin ümumilikdə 1 milyon manatlıq mal-pulunun oğurlandığı bildirildi. Bu hadisənin sorağı ölkə rəhbərliyinə çatandan sonra ən yuxarı səviyyədə R.Hacıyevin tutduğu vəzifədən azad edilməsi istənilmişdi. Arqument kimi isə "öz evini qoruya bilməyən rəis rayonu necə qoruya bilər" fikri səsləndirilmişdi.

Bəzi məlumatlara görə, polis rəisinin öldürdüyü iddia olunan xanımın atası da Daxili İşlər Nazirliyinin yüksək çinli əməkdaşı olub. Uzun müddət yol polisində çalışıb.

Məsələ ilə bağlı İstanbuldakı konsulluğumuza, XİN-ə sorğular versək də, hələlik cavab almamışıq.

Tarix
2014.09.17 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

İlham Əliyev müşavirə keçirdi

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla