Yuxarı

“Mən kiməm: nurçu, vəhhabi, yoxsa sionist?”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarınlarını doydurmaq üçün yoxsul insanların iztirabdan qurtulmasını belə əngəlləməyə çalışırlar".

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa öz Feysbuk hesabında çıxış edib.

"Dostlardan biri məlumat verdi ki, dünən Bakıxanov qəsəbəsində yas məclisini aparan molla ehsanların yığışdırılması ilə bağlı belə bir izah verib: "Yaslarda yemək yemək bizim milli adətimizdir, ehsan verməməyi təbliğ edənlər vəhhabilərdir, onların başında da Fazil Mustafa durur".

Demək ki, ehsan mafiyası artıq öz müqavimət formasını tapıb. Həmin mollanın kimliyini araşdırıram və təbii ki, məsələnin mənbəyinə gedib çıxmağa çalışacağıq. Maraqlıdır ki, dünən İrandan idarə olunduğu bəlli olan Şanlı İldırım adlı profildən də təhqiramiz mesaj aldım və o da məni yəhudilərə işləməkdə suçlayırdı. Ötən günlərdə də burada paylaşmışdım, xüsusi xidmət orqanlarımızla bağlılığı olan bir ilahiyyatçı Türkiyə kanalında məni nurçu adlandırmışdı. İndi qalmışam məhəttəl, bunlar arasında görünür, koordinasiya yoxdur ki, müəyyən etsinlər ki, mən kiməm! Aşıq Ələsgər gözəl demiş, deyilmi:

Hərcayıdan, müxənnəsdən, nakəsdən,

Nə qalmadı sənətkara dəyməmiş.

Dostlar, bu yolda hər şey deyəcəklər, Allahı, İnsanı və Vətəni sevməyin bəlkə də çiləsidir bu. Devlərin aşqı da, çiləsi də böyük olur".

Tarix
2014.09.23 / 11:11
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla