Yuxarı

Əli Abbasov İran şirkətlərini Azərbaycana dəvət etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Abbasov İran şirkətlərini Azərbaycana dəvət etdi - Foto

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycanda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Müctəba Haşimi ilə görüşüb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüş zamanı Müctəba Haşimi Bakıda ilk dəfə olmağından məmnunluğunu ifadə edərək səfərin iki ölkə arasında İKT sahəsində əlaqələri daha da inkişaf etdirmək məqsədi daşıdığını bildirib.

İranın bir sıra aparıcı İT şirkətlərinin də Azərbaycana gəldiyini diqqətə çatdıran M.Haşimi İran şirkətlərinin qarşılıqlı əməkdaşlığa hazır olduqlarını qeyd etməklə yanaşı, 3-cü ölkə bazarına çıxışı təmin etmək üçün birgə fəaliyyətin də mümkünlüyünü vurğulayıb və o, bu görüşün əlaqələrin daha da inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

İran səfərinin təəssüratlarını və uğurlu nəticələrini bölüşən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, Azərbaycan və İran prezidentlərinin görüşündən sonra ölkələr arasında əlaqələr daha da genişlənib.

İqtisadi sahədə əlaqələrin inkişafında iki ölkənin iş adamlarının görüşlərinin müsbət nəticələr verəcəyini diqqətə çatdıran Əli Abbasov bundan sonra da birgə görüşlərin təşkil olunacağını, böyük layihələr reallaşdırılacağını qeyd edərək İran şirkətlərini ölkəmizin İT sahəsində həyata keçirdiyi layihələrdə iştirak etməyə dəvət edib və bunun üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb.

Görüşdə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin də iştirak edib.

Tarix
2014.09.25 / 10:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla