"Payız depressiyası yay fəslindən payıza keçid dövründə
baş verir".
Bunu Axar.az-a açıqlamasında psixoloq Təhminə Çələbi payız
fəslində depressiyanın yaranmasının səbəbləri haqqında danışarkən
deyib.
O, belə bir hadisənin məhz payız fəslində baş verməsini bu cür
şərh edib:
"İnsan beyni əyləncəli bir dövrdən tamam başqa bir dövrə keçən
zaman adaptasiya prosesi başlayır. Adaptasiya gec gedən zaman isə
insanda stress halları yaranmağa başlayır ki, bu da depressiyaya
yol açır. Bu isə xüsusilə payız fəslində havaların dəyişkən keçməsi
ilə bağlı olur. Hətta dünyada intihar hadisələrinin daha çox baş
verdiyi yerlər günəş işığı daha az düşən ölkələrdir. Bu səbəbdən də
insanlarda müəyyən depressiyalar yaranır. Payızda gecələr
uzandığından və biz günəşli günlərdən qaranlıq günlərə
keçdiyimizdən neqativ hisslər baş qaldırır. Bu da depressiyanın
əsas səbəblərindən biri sayılır. Payız ümumiyyətlə romantik bir
fəsildir. Göz yaşı, sevgi ayrılıqları romantikanın bir hissəsi
olduğundan bu da insanda stressə gətirib çıxarır. Bəzən insanlar
başqa ölkələrdə olduqları zaman özlərinə yeni dost edilir, sevgi
qazanırlar. Öz ölkələrinə qayıtdıqda isə payız depressiyasına
tutulurlar. Bu da tamam başqa bir səbəbdir. Depressiyasının əsas
səbəblərindən biri də maraqlı yay tətilindən sonra məktəb, iş,
universitet həyatının başlaması hesab olunur. Yəni uzun bir aydan
sonra aktiv həyata uyğunlaşanadək insan da bu cür depressiyalar baş
verir".
Psixoloq bu cür depressiyadan çıxmağın yollarını adaptasiyada
görür:
"İnsan özünü bu cür fəsil dəyişkənliyinə hazırlamalı və 21 günə
bu vərdişi əldə etməyə başlamalıdır. Yəni insan beyni buna öncədən
hazır olmalıdır. İnsanlar payızı bir başlanğıc , yeni ilə hazırlıq
kimi qəbul etsələr bu zaman onlar bu fəslin dadını çıxara və
stressdən uzaq ola bilərlər. Burda sırf düşüncə mühüm rol oynayır.
Düzgün düşünmək düzgün yaşamağın əsasıdır. Çalışın təmiz havada
daha çox olun. Bu zaman düşüncələrinizi sağlam və pozitiv saxlaya
biləcəksiniz. Belə olan halda isə stress, depressiya kimi neqativ
hisslər sizdən uzaq olacaq".