Yuxarı

Qaydalar dəyişdi: Onların taleyi necə olacaq? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ildən etibarən ali məktəbələrə qəbul qaydaları dəyişiləcək. Artıq bununla bağlı model hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

Bunu Xəzər xəbər-ə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Mətbuatla İş və Elektron Kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə deyib. O bildirib ki, abituriyentlər 700 balın 300-nü buraxılış imtahanlarından, 400-nü isə qəbul imtahanlarından toplayacaqlar.Əvvəlki illərin məzunları da buraxılış imtahanı qaydasında əlavə imtahan verəcəklər. Bundan sonra isə digər abituriyentlərlə birgə qəbul imtahanlarında iştirak edəcəklər. Modelin yaxın 2 həftə ərzində təsdiqlənməsi gözlənilir.

Təsdiqlənməsi gözlənilən modeldə bir çox nüanslar öz əksini tapıb.

Xanlar Xanlarzadə qeyd edib ki, bu bir müsabiqədir və hamı üçün bərabər şərtlər altında keçirilməlidir. Bir neçə il əvvəl məzun olanlar üçün imtahanlarda əlavə bir proqram tərtib oluna bilməz. Abituriyentlərin qəbul qaydaları ilə tanış olması və şərtləri yaxşı mənimsəməsi üçün isə noyabr ayından etibarən sınaq imtahanları keçiriləcək.

Tarix
2018.09.23 / 00:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla