Yuxarı

Bakıdan Masallıya gedən gənc yoxa çıxdı – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

On gün əvvəl Bakıdan Masallı rayonuna gedən şəxs itkin düşüb.

Report-un məlumatına görə, əslən Masallı rayonunun Səmidxanlı kəndindən olan, valideynləri ilə birlikdə Bakı şəhərinin Xətai rayonunda yaşayan 1995-ci il təvəllüdlü Əlibəyli İlkin Namiq oğlu 10 gün əvvəl evdən xəbərsiz çıxaraq Masallı rayonuna, bacısının qaldığı Alışqanlı kəndinə gedib.

Orada bir gün qaldıqdan sonra xəbərsiz olaraq evi tərk edib və naməlum istiqamətdə gedib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sisteminə və Xətai Rayon Polis İdarəsinə müraciət olunub. Lakin hər hansı bir məlumat yoxdur.

İtkin düşdüyü ehtimal edilən İ.Əlibəylinin boyu 175 sm, saçları qaradır. Bir gözündə çəplik var. Sol qolunda böyük ölçüdə qara xal var. Fiziki cəhətdən sağlam görünsə də, əqli cəhətdən qüsurludur. Evdən çıxanda əynində cins şalvar, qara köynək və idman ayaqqabıları da olub.

Onu görənlərdən və yaxud məlumatı olanlardan 050 470 29 70 və ya 055 660 38 70 nömrələrinə zəng vurmaları xahiş olunur.

Tarix
2018.09.23 / 16:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla