Yuxarı

İŞİD Azərbaycandan da muzdlu toplayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD Azərbaycandan da muzdlu toplayır

İŞİD Azərbaycandan da tərəfdar toplamağı davam edir.

Publika.az-ın məlumatına görə, təşkilat üzv toplanması üçün potensial məkanların adını açıqlayıb.

Cihad əl Şam adı ilə yayılan məqalədə deyilir ki, ABŞ başda olmaqla, bütün dünya "İslam dövləti"nin üzərinə gəlsə belə, Allahı sevənlər onlar tərəfdədir.

"Şeytanın özü olan Amerika düşünürsə ki, koalisiya yaratmaqla "İslam dövləti"ni məhv edə biləcək, yanılır. Hər keçən gün "İslam dövləti" böyüyür, genişlənir, Allahın izni ilə qüdrətlənir. Qardaşlarımız artıq heç nəyi gözləmir və Allahın qanunlarının bərqərar olduğu bu torpaqlara üz tutur. Özbəkistan, Qazaxıstan, bütün Mərkəzi Asiyadan tutmuş uzaq Çin sərhədlərinə qədər, Avropanın özündən başlamış Qafqaza və Qafqazın gözü olan Azərbaycana qədər, qardaşlar "İslam dövləti"nə üz tutur", - deyə məqalədə bildirilir.

Müəllif İŞİD-ə son qoşulanların gəldikləri ölkələrin adını açıqlayıb. Bunlar Özbəkistan və Azərbaycandır.

Sonda müəllif, "qardaşları Allah yolunda cihada dəvətimiz davam edir" deyə bildirir.

Qeyd edək ki, bir müddət öncə İranın İRNA agentliyi də İŞİD-in Azərbaycandan əsgər topladığı xəbərini yazmışdı. Agentliyin məlumatına görə, Azərbaycan İŞİD-in siyahısında əsas yerlərdən birini tutur.

"İŞİD-in aktivliyi onu göstərir ki, hətta təhlükədən uzaq olan Yaxın Şərq ölkələri də artıq ciddi risklər alırlar. İŞİD-in özünə üzv topladığı ölkələrdən biri də Azərbaycandır. Bunu ölkənin daxilindəki müəyyən orqanlar da təsdiqləyir", - deyə agentlik bildirirdi.

Tarix
2014.10.07 / 11:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ələkbərov Rusiyanın bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla