Yuxarı

Bakıda bankomat partladı - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bankomat partladı - Yeniləndi

10:27

Bakının Bilgəh qəsəbəsində Qocalar evinin yaxınlığında yerləşən bankomatda partlayış baş verib.

Şahidlərin Trend-ə verdiyi məlumata görə, hadisə bu gecə qeydə alınıb. Hazırda partlayış baş verən ərazi hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb.

Partlayışın hansı səbəbdən baş verdiyi araşdırılır. Hadisə şahidləri, həmçinin ölən və xəsarət alanların olmadığını bildiriblər.

***

Şahidlərin daha sonra bildirdiklərinə görə, maskalı şəxslər bankomatı partlatmazdan öncə bankomatın yaxınlığındakı ticarət obyektlərini mühafizə edən şəxsin əl-qolunu bağlayaraq hadisə yerindən uzaqlaşdırıblar. Bundan sonra isə bankomatı partladıblar.

Partlayış nəticəsində ətrafdakı avtomobillərə və ticarət obyektlərinə maddi ziyan dəyib.

***

Hüquq-mühafizə orqanlarından bildiriblər ki,bankomatda 491 manat məbləğində vəsait olub.
Hazırda faktla bağlı Sabunçu rayon Polis İdarəsində istintaq tədbirləri aparılır.

Qeyd edək ki, partladılan bankomat yeni növ bankomat deyil. Yeni model bankomatların orta qiyməti təxminən 20 000 manatdır.

***

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Axar.az Nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, oktyabrın 10-da saat 05 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Sabunçu rayonu Bilgəh qəsəbəsinin ərazisində partlayış səsinin eşidilməsi barədə məlumat daxil olub.

Araşdırmalar zamanı Ü.Hacıbəyov küçəsində yerləşən mağazanın önündə "Beynəlxalq Bank"a məxsus bankomatın partladılması və içərisindəki pul olan qutunun aparılması müəyyən edilib.

Mağazanın mühafizəçisi İkram Mirzəyev izahatında 3 maskalı şəxsin avtomat silahla onu hədələyərək əl-ayağını yapışqanlı lentlə bağlayıb "VAZ-2107" markalı avtomobilin yük yerində aparmalarını və bir neçə dəqiqədən sonra yenidən mağazanın qarşısında düşürmələrini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Tarix
2014.10.10 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla