Yuxarı

Yağış Bakıda işıq, su, qaz problemi yaratdı? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən yalnız Xətai rayonu ərazisində suyun verilməsində məhdudiyyət olub.

Bu sözləri Axar.az-a açıqlamasında Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı ötən gün Bakının bəzi ərazilərində işıq, qaz və su probleminin yaranması və bunun yağışın yağması ilə əlaqədar olması barədə sosial şəbəkədə gedən müzakirələrə cavab olaraq deyib. Onun sözlərinə görə, problem yağışla bağlı olmayıb:

“Xətai rayonu Məhəmməd Hadi küçəsində su kəsilmişdi. Ancaq problem yağışla əlaqədar deyildi, qəza baş vermişdi. Problem aradan qaldırıldıqdan sonra suyun verilməsi bərpa edildi”.

Azərişıq ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev isə bildirib ki, onlara hansısa ərazidə işığın olmaması ilə bağlı şikayət daxil olmayıb:

“Əgər hansısa ərazidə işıq olmayıbsa, dəqiq ünvanı bildirin, problemin nədən qaynaqlandığını dəqiqləşdirim. Ancaq ümumilikdə dünən heç bir şikayət daxil olmayıb. İşığın verilməsi fasiləsiz olaraq həyata keçirilib”.

“Azəriqaz”ın mətbuat katibi İbrahim Kərbalayev də heç bir ərazidə qazın verilməsində fasilə olmadığını bildirib:

“Bununla bağlı şikayət də daxil olmayıb, qaz kəsintisi də qeydə alınmayıb”.

Tarix
2018.10.18 / 14:35
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla