Yuxarı

Gəncədə polis əməkdaşı piyadanı vurdu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə polis əməkdaşı piyadanı vurdu - Foto

Bu gecə Gəncə şəhərində Heydər Əliyev prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində yol qəzası qeydə alınıb.

Kəpəztv.az xəbər verir ki, Gəncə sakini Amin Məmmədov idarə etdiyi VAZ 2109 markalı avtomobillə Şah İsmayıl Xətai prospekti ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn Zaur Əliyevə məxsus "Mersedes"lə toqquşub.

Nəticədə hər iki avtomobilə xeyli ziyan dəyib. Bundan başqa "Mersedes" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq piyada 47 yaşlı Namiq Hüseynovu vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun səhhətini orta-ağır kimi qiymətləndirib. Qeyd edək ki, Zaur Əliyev Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşıdır.

Şəhər xəstəxanasından həkim Rəfail Əsədov bildirib ki, avtomobil vurulması nəticəsində 1967-ci il təvəllüdlü Gəncə şəhər sakini Hüseynov Namiq Nadir oğlu xəstəxanaya gətirilib: "İlkin müayinə zamanı bədənin müxtəlif nahiyyələrində əzik və sıyrıqlar aşkarlanıb. Xəstəyə tibbi yaradım göstərilib və stasionar müalicə üçün palataya yerləşdirilib".

Tarix
2014.10.11 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla