Yuxarı

Azərbaycan ailəsində “İŞİD” meydan sulayır - Statistika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan ailəsində “İŞİD” meydan sulayır - Statistika

Azərbaycan mediası fasiləsiz olaraq "İslam Dövləti" terrorçularının başkəsmə, edam, tükürpədici cinayət xəbərlərini tirajlayır. Ancaq ölkə daxilində ailə-məişət zəminində baş verən qətllər heç də İŞİD canilərinin əməllərindən geri qalmır.

Axar.az xəbər verir ki, deyilənin sübutu kimi yalnız ötən iki günün cinayət xronikasından bir neçə faktı göstərmək kifayətdir.

Belə ki, Biləsuvar rayonu Bağbanlar kəndində dəhşətli qətl hadisəsi baş verib. Kənd sakini Tofəddin Hacıyev ailə münaqişəsi zəminində öz qızının başını kəsərək qətlə yetirib. Qətlə yetirilən Aidə Hacıyevanın 26 yaşı varmış və o, bir uşaq anası olub. Qurban bayramı ərəfəsində ata boşanmış qızının həmkəndliləri olan bir oğlanla münasibətindən xəbər tutub. Oğlanı qızın yanında tutaraq möhkəm döyüb və onu başından ağır yaralayıb. Yaralı oğlan Bakıda xəstəxanaya yerləşdirilib. Bakıda işləyən Tofiəddin kəndə qayıdaraq bu hadisəyə görə qızının başını kəsib.

Gəncə şəhərində isə bıçaqlanma hadisəsi baş verib. Şəhər sakini, 53 yaşlı Sevil Abbasova əl nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya müraciət edib. Ona yardım göstərildikdən sonra qadın evə buraxılıb. Qadın polis əməkdaşlarına bildirib ki, yaşadığı 2 saylı yataqxanada otağının üstündən onun mənzilinə su töküldüyü üçün orada yaşayan Daşdəmir adlı qonşusuna etirazını bildirib. Qonşu isə cavabında bıçaqla ona xəsarət yetirib.

Yalnız iki günün ötəri statistikası yetərlidir ki, ailədaxili münasibətlərə görə cinayətlərin hansı həddə çatdığını öyrənəsən. Bu isə o deməkdir ki, ailədaxili "İŞİD-çilər" artmaqda davam edir.

Tarix
2014.10.12 / 21:05
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla