Yuxarı

Etibar Hüseynovdan YAP-çı həmkarına sərt ittiham

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Etibar Hüseynovdan YAP-çı həmkarına sərt ittiham

Milli Şuranın keçirdiyi mitinqlə bağlı Milli Məclisin 2 deputatı arasında mübahisə yaşanıb.

ANS-in məlumatına görə, deputat Etibar Hüseynov yazdığı Feysbuk statusunda millət vəkili Aydın Mirzəzadəyə sərt cavab verib:

"Artıq neçənci dəfədir ki, jurnalistlər arasında "hərşeyşünas" kimi tanınan Aydın Mirzəzadə mənim çıxışlarımı şərh edir, ağıl verir, yol göstərir. Bu adam hələ də anlamır ki, Etibar Hüseynov YAP üzvü deyil, müstəqil deputatdır və onun da öz fikrini müstəqil şəkildə ifadə etmək hüququ var. Elə isə bu adamın hansı haqla mənə təkidlə ağıl verməyə cürət etməsini anlaya bilmirəm. İndiyə qədər bir dəfə də olsun Aydın Mirzəzadənin hansısa YAP üzvünün barəsində bir tənqidi çıxışının və ya iradının şahidi olmamişam. Baxmayaraq ki, YAP üzvləri arasında da müxalifət düşərgəsini məndən də sərt şəkildə tənqid edənlər var.

Əksinə, bu adam əksər hallarda bir çox vəzifə sahiblərinin, deputatların nəinki özlərini, hətta onların ərköyün, dəymədüşər balalarının bir çox xoşagəlməz əməllərini belə riyakar və yaltaqcasına müdafiə eləyib. Ona görə də dərinə getmək istəmirəm. Sadəcə yerinizi və həddinizi bilin Aydın Mirzəzadə".

Qeyd edək ki, bu gün E.Hüseynov Feysbukdakı səhifəsində bir sürü qoyun şəkli paylaşaraq Məhsul stadionuna getməyi unutma..." sözlərini yazaraq Milli Şuranın keçirdiyi mitinqə gedənləri hədəf seçmişdi.

Aydın Mirzəzadə isə deputat həmkarının bu hərəkətinə etiraz edərək bildirmişdi ki, siyasi əqidəsindən asılı olmayaq insanları təhqir etmək olmaz:

"Bu gün həmkarım Etibar Hüseynov saat 15:00-da Məhsul stadionunda mitinqdə iştirak edən şəxslər barədə aşağılayıcı şərh yazıb. Mən onun bu sözlərinə etirazımı bildirirəm. Kimin nə siyasi əqidədə olmasından asılı olmayaraq onun şəxsiyyətinə toxunmaq, onu aşağılamaq olmaz. Mən mitinqçilərin fikri və şüarları ilə razı deyiləm və həmişə onlarla siyasi polemikada olacağam.

Ancaq Azərbaycan hüquqi, demokratik ölkədir və hər kəsin sərbəst düşünmə və qanunla qadağan edilməyən siyasi mövqe tutmaq hüququ vardır. Dövlətimiz bu hüquqların təminatçısıdır, məhz belə aksiyada hər kəsin həm hüququ qorunur, həm də hər bir iddialı siyasi qüvvənin gücü görünür".

Tarix
2014.10.12 / 21:34
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla