Yuxarı

Azərbaycanda həbs edilən “İŞİD” üzvü: “Ayda 150 dollar alırdıq”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda həbs edilən “İŞİD” üzvü: “Ayda 150 dollar alırdıq”

İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müvəqqəti saxlanma yerində və istintaq təcridxanasında monitorinq keçirib.

E. Behbudov APA-ya açıqlamasında orada saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəziyyəti ilə maraqlandığını deyib: "Hacı Məmmədovun səhhətində heç bir problem yoxdur. Bir müddət əvvəl bəzi qəzetlər onun intihara cəhd etməsi barədə məlumat yaydılar. Bu xəbərin heç bir əsası yoxdur. Hacı Məmmədov şəkər və təzyiqdən əziyyət çəkir. Milli Təhlükəsizlik Nazirliyinin müalicə müəssisəsi olmadığından Ədliyyə Nazirliyinin müalicə müəssisinə göndərilərək müayinədən keçirilib və yenidən Milli Təhlükəsizlik Nazirliyinə qaytarılıb. Hər hansı şikayəti yoxdur".

E. Behbudov orada saxlanılan başqa 3 nəfərlə görüşdüklərini də bildirib: "Cəfərova Nərgiz Zeynal qızı ilə görüşdük. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilib. Hər hansı şikayəti yoxdur və özünü təqsirli bilir. Daha sonra 1990-cı il təvəllüdlü Qurbanlı Elşən Əbülfət oğlu ilə görüşdük. Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratma) maddəsinə əsasən ittiham edilir. Sentyabr ayında Bakıda, hava limanında həbs olunub. May-sentyabr aylarında Suriyada "İŞİD" qüvvələrinin tərkibində döyüşlərdə iştirak edib. Bildirir ki, pula görə oraya gedib və peşmandır. Orada saxlanılan Mustafayev Elxan İsa oğlu ilə də görüşdük. Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratma) maddəsinə əsasən ittiham edilir. Azərbaycana keçərkən Qazaxda həbs edilib. Bir ilə yaxın Suriyada döyüşlərdə iştirak edib, "İŞİD"in üzvü olub. Əməlindən peşman olduğunu bildirdi. Qeyd etdi ki, orada bir ayına 150 dollar pul veriblər və işi maşınla yemək daşımaqdan ibarət olub. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti olmadı".

Tarix
2014.10.13 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan açıqladı: Azərbaycan buna icazə verib!

İlham Əliyev Vensə bu fotoları göstərdi - Video

Şuşa yolunda qaçan cüyürlər maraq doğurdu - Foto

Tramp Azərbaycana heyrandır - Vens

Son altı ayda Donald Trampla... - Prezident

Azərbaycana bu marşrutla uçan ilk şəxs oldum - Vens

Vensin Bakı səfəri Türkiyə üçün çox önəmlidir - Video

Prezidentin Venslə geniş tərkibdə görüşü baş tutdu

Bakı və Vaşinqton regional tərəfdaşlığı gücləndirir

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla