Yuxarı

Deputatımız öz xalası oğlunu xaricdə həbs etdirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin ən zəngin oliqarx-deputatlarından olan Əsabil Qasımova yaxın qohumları küllü miqdarda pul "atıb"; onun tikdirdiyi binadan 6 mənzil qumarda uduzulub; işin içində millət vəkilinin oğlunun da olduğu haqda şübhələr var.

Musavat.com xəbər verir ki, Deputat Əsabil Qasımov doğma xalası oğluna cinayət işi başladıb. Redaksiyamıza daxil olan məlumata görə, Milli Məclisin üzvü Qərib Əmiraslanov adlı xalası oğlunun tutulması üçün əvvəlcə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib. Lakin deputata işlə bağlı aidiyyəti üzrə müraciət etməyi məsləhət biliblər. Buna görə də Ə.Qasımov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə (KQMBİ) üz tutub.

Ə.Qasımovun bu addımı atmasına səbəb isə sahibi olduğu "Karat holdinq"in inşa etdirdiyi çoxmərtəbəli binalarda mənzillərin gizli satılması olub. Ə.Qasımov araşdırıb üzə çıxarıb ki, onun şirkətinin Xan Şuşunski küçəsi ilə İmran Qasımov küçələrinin kəsişməsində inşa etdirdiyi çoxmərtəbəli binada özünün razılığı olmadan gizli mənzil satılıb. Bu satışdan əldə olunan bir neçə milyon manat isə yoxa çıxıb.

Həmin mənzillərin satılması haqda sənədlərdə deputatın holdinqdə rəhbər vəzifə tutan yaxınlarının imzası olub. Ə.Qasımov bu faktları üzə çıxarandan sonra faktiki özünə məxsus olan, lakin deputat seçiləndən sonra formal olaraq rəhbərliyindən getdiyi "Karat holdinq"ə üz tutub. Orada hazırda holdinqə rəhbərlik edən oğlu Taleh Qasımovla böyük səs-küyə səbəb olan mübahisə edib. Mübahisə zamanı böyük oğurluğun üstü açılıb. Məlum olub ki, 5 mənzil qumarda uduzulub. Ə.Qasımovun oğlu ilə mübahisəsindən sonra "Karat holdinq" rəhbərliyində çalışan Qərib Əmiraslanov yoxa çıxıb. Mənzillərin satılmasına cavabdeh olan deputatın qaynı Umud Umudov da ölkəni tərk edib. Ə.Qasımov KQMBİ-yə müraciət edəndən sonra məsələ araşdırılıb və Q.Əmiraslanov xarici ölkələrdən birində saxlanılaraq ölkəyə gətirilib. Araşdırmalar zamanı məlum olub ki, Q.Əmiraslanov mənzilləri sataraq pulları qumarda uduzduğu şəxslərə verib. Hazırda iş üzrə cinayət işi aparılır. Cinayət işində Ə.Qasımovun digər yaxınlarının da adları hallanır.

Əldə etdiyimiz bir başqa məlumatda isə bildirilir ki, Ə. Qasımov istintaqa müraciət etməyinə peşman olub və iddiasını geri çəkmək istəyir. Amma müəyyən tərəddüdləri də var. Ə.Qasımov böyük bir biznes imperiyasına sahibdir. O, var-dövlətinin say-hesabını itirib, artıq biznesini yaxınlarından belə mühafizə etmək məcburiyyətində qalıb. Ona görə də iddiasından əl götürməyə tələsmir, bununla digərlərinə də görk olmaq istəyir.

Qeyd edək ki, bu ilin aprelində deputatın "Karat holdinq"inə məxsus "Karmen" MMC-dən 1 milyon manat oğurlanmışdı. Bu oğurluq işində də müəmmalı məqamlar çox idi.

Ə.Qasımovun yaxınları şirkətdən 450 min manatın oğurlandığını desələr də, oğru kimi ictimaiyyətə təqdim edilən Qobu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Ramiz Salman oğlu İmaməliyev bu rəqəmin 1 milyon manat olduğunu deyirdi. Üstəlik, oğrunun ifadələri inandırıcı görünmürdü. Ə.Qasımovun biznes imperiyasının özəyini təşkil edən "Karmen" MMC Azərbaycanda əhalinin una olan tələbatının böyük hissəsini ödəyir. Bundan ildə təxminən 350 milyon manata yaxın gəlir əldə olunur. Yəni deputatın təkcə bir şirkətinin illik gəliri bir neçə yüz milyona bərabərdir. Ə.Qasımovun qeyri-rəsmi rəhbərlik etdiyi müəssisələr arasında "Dimes-Qafqaz" şirkəti adı ilə fəaliyyət göstərən və məhsullarının satışı "Ramse" şirkəti tərəfindən həyata keçirilən "Dimes" meyvə şirələri zavodu da var. Deputatın yumurta bazarında da payının olduğuna dair xəbərlər var. Belə ki, "Görədil" quşçuluq müəssisəsinin Əsabil Qasımova məxsus olduğu deyilir. Deputat faktiki olaraq ölkənin böyük paraya sahib 10 şəxsindən biridir. Qeyd olunur ki, hazırda deputat-oliqarxın şirkətlərindən gələn gəlir o qədər artıb ki, o, ən yaxın adamlarına belə etibar etmir. Şirkətlərində özü gizli-aşkar yoxlamalar apartdırır və böyük məbləğlərdə yeyintilər üzə çıxarır.

Yazılanlara münasibət öyrənmək üçün Ə.Qasımova etdiyimiz israrlı zənglər nəticəsiz qaldı. Buna baxmayaraq, Ə.Qasımovun da mövqeyini dərc etməyə hazırıq.

Tarix
2014.10.15 / 11:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla