Yuxarı

Bakıda yağış barmaqlıqları yoxa çıxdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səth sularının normal axıdılması üçün nəzərdə tutulan və yolun hərəkət hissəsinin kənarlarında yerləşən yağış-kanalizasiya sistemlərinə aid quyuların barmaqlıqları yoxa çıxıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Axar.az-a bildirib ki, Hüseyn Cavid prospektində fiziki imkanları məhdud şəxslərin rahat hərəkəti üçün təşkil edilən pandusun qarşısındakı drenaj sisteminin dəmir barmaqlığı məlum olmayan səbəbdən çıxarılıb.

M.Ağayev qeyd edib ki, məsələ ilə bağlı artıq müvafiq qurumlara məlumat verilib.

Xatırladaq ki, bir neçə il öncə də Ziya Bünyadov prospektində 179 ədəd barmaqlıq yoxa çıxmışdı. Analoji faktlar Heydər Əliyev prospektinin “Böyük Şor yol qovşağı”ndan “Mərdəkan yol qovşağı”nadək olan hissəsində də qeydə alınmışdı. Orada da 69 ədəd yağış barmaqlığı oğurlanmışdı. Baş vermiş hadisə ilə bağlı yol təsərrüfatına külli miqdarda ziyan dəymişdi.

Dəmir barmaqlığın biri 30-35 manata başa gəlir.

Tarix
2018.11.15 / 13:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla