Yuxarı

Bakıda kanalizasiyadan mal başları çıxdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləcəri qəsəbəsinin Füzuli küçəsindən keçən 1000 mm diametrli kanalizasiya kollektordan kəsilmiş mal başları və digər bərk məişət tullantıları çıxarılıb.

Bu barədə Axar.az-a Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

ASC sözçüsü bildirib ki, həmin ərazidə kanalizasiya quyusundan çirkab suların qaynaması barədə “Azərsu”ya müraciət daxil olduqdan sonra baxış keçirilib:

“Əraziyə xətləri yüksək təzyiqlə yuyan xüsusi təyinatlı maşın və digər mexanizmlər cəlb olunub. Bütün səylərə baxmayaraq, kollektroda baş verən tutulmanı açmaq mümkün olmayıb. Sonra kollektroun 4 m dərinlikdən keçən hissəsinin üzəri açılıb, dəmir-beton boru 2 yerdən sındırılaraq xəttin içərisinə müdaxilə olunub. Tutulma baş verən hissədən bir-birinə və borunun divarlarına pərçim olunmuş kəsilmiş mal başları, çoxlu sayda sement kisələri, hər birinin uzunluğu 1 metrdən çox olan 2 taxta parçası, digər bərk məişət tullantıları çıxarılıb və çirkab suların normal axını təmin edilib.

Adi hallarda kollektorda tutulmalar bir-neçə saata aradan qaldırılırsa, Biləcəri qəsəbəsi Füzuli küçəsində kollektorun təmizlənməsi 3 gündən artıq vaxt aparıb”.

A.Cəbrayıllı bildirib ki, belə hallarda həyətlərin və ətraf ərazilərin çirkab suların altında qalmasına səbəb olur:

“Heyvan kəsimi ilə məşğul olanlara, eləcə də əhalinin diqqətinə bir daha çatdırırıq ki, kanalizasiya xətləri tullantı suların axıdılması üçün nəzərdə tutulub, ora hər hansı bərk məişət tullantıların atılması yolverilməzdir. Belə hallar kollektorlarda tez-tez tutulmalara, yolların, həyətlərin və ətraf ərazilərin çirkab suların altında qalmasına səbəb olur”.

Tarix
2018.11.20 / 13:03
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış tdi

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır

Azərbaycanla sərhəd dirəklərini artırmaq üçün...

Bolqarıstan prezidenti Azərbaycana gəlir

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Prezident Slovakiyanın baş naziri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla