Yuxarı

Yük maşınlarının Bakıya gecə “hücumu”… - Şərh

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir neçə gündür axşam saatlarında, xüsusilə saat 20:00-dan sonra yollarda təxminən 2 saata qədər davam edən avtomobil sıxlığı müşahidə edilir.

Axar.az xəbər verir ki, bu sıxlıq əsasən metronun “20 Yanvar” stansiyasının qarşısından Ziya Bünyadov prospekti istiqamətində daha ciddi nəzərə çarpır. Qeyd edilən saatda həmin istiqamətdə sıxlığın yaranmasına səbəb bir-birinin ardınca yük avtomobillərinin hərəkət etməsidir.

İlkin ehtimala görə, 15 noyabr tarixindən yük avtomobillərinin gündüz saatlarında şəhərə buraxılmaması axşama doğru bu maşınların Bakı küçələrinə kütləvi “hücumuna” səbəb olur ki, bu da sıxlığı şərtləndirir.

Məsələni şərh edən yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, axşam saatlarında müşahidə edilən tıxaclarda yük maşınlarının payının olduğu şübhəsizdir:

“Birinci mərhələdə 5 ton tutumu olan yük avtomobillərinin hərəkətinə icazə verilmişdi. Sonra 5 tondan yüksək yük tutumu olan avtomobil sürücüləri etiraz etdi ki, bəs, bizim işimiz necə olacaq? Bununla bağlı etirazlar səsləndikdən sonra Baş Dövlət Yol Polis İdarəsinin rəhbərliyi yenidən həmin sürücülərlə görüşdü. Məlum oldu ki, 5 tonluq avtomobillərin hərəkətinə icazə verməklə məsələ tam həllini tapmayıb. Ona görə də, bildiyim qədər, bu tonnaj 10 tona qaldırılıb. Yəni 10 ton yük tutumu olan avtomobillər Bakı şəhərində icazə verilən müddətdə hərəkət edə bilərlər. Müəyyən edilən istiqamətlərdən biri də məhz Ziya Bünyadov prospekti olduğuna görə saat 20:00-dan etibarən həmin istiqamətdə yük avtomobillərinin sıxlığı müşahidə olunur.

Yol yükləndiyindən minik avtomobilləri də hərəkət edə bilmir. Bu yaxınlarda yük avtomobilləri üçün müəyyən edilən istiqamətlərə Heydər Əliyev prospekti də əlavə ediləcək. Yük avtomobili sürücülərinin “20 Yanvar” kənar dairəvi yoldan istifadə edərək Ziya Bünyadov prospektinə getməkdən başqa yolları yoxdur. Çünki onlar üçün ayrılan yollardan biri də odur. Ona görə də həmin yolda sıxlıq olur”.

E.Muradlı bildirib ki, əslində yük avtomobilləri üçün müəyyən edilən saat yollarda tıxacın səngidiyi zamana təsadüf edir:

“Lakin yük avtomobilləri vaxt itirməmək üçün, iş vaxtlarını nəzərə alaraq hərəkət edir. Bu səbəbdən xüsusilə həmin saatlarda yük avtomobillərinin sayı həddən artıq artır. Bu da təbii olaraq sıxlıq və tıxaca səbəb olur”.

Ekspert bildirib ki, yük avtomobillərinin sıxlıq səbəbindən körpülərin üzərində uzun müddət qalması bir neçə saatlıq sıxlıq və tıxacdan daha təhlükəlidir:

“Yaxşı olar ki, yük maşınları mərhələli şəkildə hərəkət etsin ki, həm tıxac yaramasın, həm də körpülərdə saatlarla qalıb təhlükəli şərait əmələ gətirməsinlər. Mən burada yük avtomobili sürücülərini qınaya bilmərəm. Onlar məcburdur qaydaya əməl etməyə. Onlar nə edə bilərlər ki, müəyyən edilən yolda körpü var. Sadəcə bir qədər ehtiyatla hərəkət etməlidirlər ki, eyni vaxtda yüklənmiş bir neçə yük maşını ard-arda körpüdə qalmasın”.

Tarix
2018.11.21 / 16:23
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla