Yuxarı

Qonşusu ilə qaçan gəlinə görə qayınana intihar edibmiş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qonşusu ilə qaçan gəlinə görə qayınana intihar edibmiş

Şabranda iki uşaq anasının qonşusu ilə qoşulub qaçmasına görə qohumları ondan imtina ediblər.

İlk olaraq Axar.az-ın yazdığı və ölkə mediasının bu günə kimi işıqlandırdığı hadisədən sonra Gülər Məmmədova atası evindən bayıra çıxmır. Bu haqda əldə etdiyimiz məlumatda bildirilir ki, qohumları bu hərəkətinə görə ondan imtina ediblər. Onlar bu rüsvayçı hadisənin bütün nəsil adına başaşağılıq gətirdiyini bildiriblər.

Onu da yada salaq ki, iki il əvvəl G.Məmmədovanın hərəkətlərinə dözməyən qayınanası özünü yandırıb və həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, üzərindəki ləkəni təmizləmək üçün ANS-in "Adam içində" verilişinə danışan gəlin və valideynləri faktı heç cürə ört-basdır edə bilməyiblər. Atası qızının qaçmadığını və evində olduğunu söyləyib. O halda polisə axtarış üçün niyə zəng etməsi sualına cavab tapmayıb. Bildirib ki, səhv edib.

Studiyaya gələn əri Rəşad Məmmədov Gülərin valideynlərinin dediklərini ağ yalan adlandırıb. Gülərin qoşulub qaçmaqda adı hallanan qonşu İlham Atayev isə telefon xətti ilə efirə qoşularaq onunla heç bir şəxsi münasibətinin olmadığını bildirib.

Tarix
2014.10.23 / 13:17
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla