Qazaxıstanın dövlət başçısı
Nursultan Nazarbayevin qardaşı Bolat Nazarbayevin keçmiş arvadı
Mayra Nazarbayevanın azərbaycanlı iş adamı ilə münasibətləri barədə
xəbərlər yayılıb.
Bir müddər əvvəl Azərbaycan mətbuatında da bu barədə müəyyən
informasiyalara rast gəlinib. "Axar.az" sözügedən məsələyə dair
yeni təfərrüatlar əldə edib.
Məlumata görə, Mayra Nazarbayevanın hazırkı sevgilisi Zaur
Abdullayev bir müddət əvvələ qədər Türkiyədə yaşayıb. 5 il əvvəl
ailəsi ilə İstanbula köçüb və bir müddətdən sonra Türkiyə
vətəndaşlığı alaraq orada böyük bir şirkət qurub. "Vatan Madençi"
adlanan bu şirkətin hazırda müflis vəziyyətə düşdüyü bildirilir.
Adının çəkilməsini istəməyən bilgili mənbə bizə Z.Abdullayevin
hazırda Türkiyədə məhkəməyə verildiyini deyib. İddiaçı onun həyat
yoldaşıdır. Zaur Abdullayev iki oğul atasıdır və o, Mayra
Nazarbayeva ilə münasibət qurduqdan sonra ailəsini taleyin ümidinə
buraxıb.
"Axar.az" dəqiqləşdirib ki, iş adamının xanımı hazırda
İstanbulda kirayədə yaşayır. Belə ki, Z.Abdullayevin rəhbəri olduğu
şirkətin dövlətə və ayrı-ayrı şəxslərə külli miqdarda borcu
olduğundan məhkəmə onun əmlakının müsadirə olunması barədə qərar
verib. Nəticədə onun artıq keçmiş hesab olunan ailəsi evsiz
qalaraq, kirayə mənzilə sığınıb. S.Məmmədova isə keçmiş əri barədə
məhkəməyə şikayət edərək ailə qurduqdan sonra əldə etdikləri
əmlakın yarısını tələb edir.
Qeyd edək ki, Mayra Nazarbayeva hazırda İnterpolun
axtarışındadır. Onun tutularaq Qazaxstana gətirilməsində şəxsən
Nursultan Nazarbayevin özü maraqlıdır. Məlumatlara görə, bu qadın
Nazarbayevlər ailəsinə məxsus böyük pulları ölkədən çıxarıb. Bundan
başqa onun böyük miqdarda qara brilyantlara sahibləndiyi də
bildirilir. Həmin brilyantların Azərbaycan bazarına da ayaq
açdığına dair məlumatlar var.
M.Nazarbayeva birinci nikahdan olan oğlu Daniyara Malayziyanın
hazırkı baş nazirinin qızını alıb. Onun hələ də tutlmamasında məhz
bu ailənin böyük rol oynadığı iddia olunur. Azərbaycanlı iş adamı
Z.Abdullayevin isə bu münasibətlərdə öz marağı var.
"Axar.az" təfərrüatları təqdim edəcək.
Təqdim etdiyimiz video Bolat Nazarbayevin Fransanın Kann
şəhərindəki malikansində çəkilib. Bu malikanə də artıq Mayranın
əmlakı hesab olunur. Burada Mayra Zaur Abdullayevə ad günü mərasimi
təşkil edib. Videoda həm Mayra, həm də Zaur Abdullayev görüntülənir
– 1-ci dəqiqədən sonra.