Yuxarı

"Bulvar" oteldə biznes-forum - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 6-da "Bulvar" oteldə Caspian European Club və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə biznes-forum keçirilib.

Axar.az DGK-nın saytına istinadən xəbər verir ki, forumda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, aidiyyəti qurumların rəhbərləri, iş adamları və ölkəmizdəki diplomatik korpusların nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev təmsil etdiyi qurumun yaranması və fəaliyyət istiqamətləri barədə məlumat verib.

Biznes-forumda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev forum iştirakçılarını salamlayaraq bildirib ki, əsası müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən davamlı iqtisadi inkişaf strategiyasına gömrük orqanları da öz töhfəsini verməkdədir. Son illərdə qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac və tranzit potensialının artırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması, vətəndaş məmnuniyyətinin təmin edilməsi məqsədilə həyata keçirilən islahatlar gömrük orqanlarının fəaliyyətində də əsaslı dönüş yaradıb. Ölkəmizin gömrük sistemində aparılan struktur islahatları, şəffaflığın təmin olunması, korrupsiya hallarının aradan qaldırılması, infrastrukturun yenidən qurulması və kadrların potensialının gücləndirilməsi istiqamətində görülən işlərə toxunan Komitə sədri artıq gömrük orqanlarının daha çevik və dinamik bir quruma çevrildiyini bildirib. O da qeyd olunub ki, həyata keçirilən islahatların nəticəsi olaraq fiskal sahədə, qaçaqmalçılıq hallarının qarşısının alınması, gömrük nəzarətinin səmərəli təşkili, şəffaflığın təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Komitə sədri sahibkarlıq mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sadə və sürətli şəkildə həyata keçirilməsi, ölkəmizin tranzit potensialının artırılması və digər sahələrdə görülən işlər və gələcək hədəflər barədə də iştirakçıları məlumatlandırıb.

Daha sonra Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin 1-ci müavini Anar Süleymanov "Gömrük sistemində islahatların prioritet hədəfi: ticarətin asanlaşdırılması" adlı təqdimatla çıxış edib. Eyni zamanda, "Alliance Assist" şirkətinin direktoru Bəxtiyar Yaraliyev və "Zaman Broker" şirkətinin direktoru Xəyal Məmmədxanlı fəaliyyət göstərdikləri sahələr üzrə təqdimatlar nümayiş etdiriblər.

Daha sonra Dövlət Gömrük Komitəsinin sədri forumda iştirak edən sahibkarların suallarını ətraflı cavablandırıb.

Biznes-forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub və Caspian European Club-un yeni və fəaliyyətdə olan üzv şirkətlərinə də sertifikatlar verilib.

Tarix
2018.12.06 / 22:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla