Yuxarı

Bu, dövlətin prioritet istiqamətidir – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, dövlətin prioritet istiqamətidir – Millət vəkili

Cənab prezidentin səhiyyə işçiləri ilə görüşməsi, oradakı nitqi bir daha göstərir ki, Azərbaycan əhalisinin sağlamlığı daim ölkə başçısının diqqət mərkəzindədir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib. O bildirib ki, Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması ölkənin daxili siyasətinin prioritet istiqamətidir:

“Bunu ölkə başçısı bir daha qeyd etdi. Bu sahədə olduqca böyük işlər görülür. Son bir neçə ildə 650-dən çox yeni tibb müəssisəsinin açılması, onların əsaslı təmir edilməsi, ən müasir texnologiya ilə təchiz edilib əhalinin istifadəsinə verilməsi, ildən-ilə səhiyyəyə ayrılan dövlət büdcəsi xərclərinin məbləğinin artması onu göstərir ki, Azərbaycanda səhiyyəyə çox böyük diqqət və qayğı var. Bütün bunlar təkcə Bakıda deyil, eyni zamanda regionlarda da hiss olunmaqdadır. Ölkəmizin demək olar ki, bütün rayonlarında səhiyyə müəssisələri əsaslı şəkildə ya təmir olunub, ya da yenidən qurulub. Bütövlükdə isə Azərbaycanda səhiyyə sahəsində görülən işlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilir. Bu işlər Azərbaycanın dünyada reytinqinin artmasına gətirib çıxaracaq”.

Millət vəkili vurğulayıb ki, səhiyyənin inkişaf etdirilməsi nəticəsində artıq digər ölkələrdən də Azərbaycana müalicə üçün gələnlərin sayı artıb:

“Eyni zamanda azərbaycanlıların da kütləvi şəkildə qonşu ölkələrə müalicə üçün getməsi azalıb. Doğrudur, bu tibb turizmidir və iqtisadiyyatın bir sahəsi kimi olub və bundan sonra da olacaq. Amma son illərdə Azərbaycana dünyada olan ən müasir texnologiyalar gətirilib, qonşu ölkələrdən heç də geridə qalmırıq”.

Tarix
2018.12.19 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla