Yuxarı

“Azəriqaz”dan koda düşmüş sayğac fırıldağı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azəriqaz" İstehsalat Birliyi bilərəkdən qazını kəsdiyi vətəndaşlardan qazın bərpası üçün pul tələb edir.

Bu barədə Axar.az-a qeyd etdiyimiz problemlərlə üzləşən Binəqədi rayon sakinləri bildiriblər. Sakinlərin sözlərinə görə, Binəqədi rayonu Fərman Məlikov küçəsində yerləşən mənzillərə qazın verilişi heç bir məlumat verilmədən məhdudlaşdırılıb.

Bir müddət sonra problem aradan qaldırılmasına baxmayaraq, ərazidə yerləşən mənzillərin hamısında qazın verilməsi bərpa edilməyib. Problemlə əlaqədar sakinlərin "Azəriqaz"a müraciətinə cavab olaraq bildiriblər ki, qazın verilməsi bərpa edilən zaman sayğaclar koda düşüb. Sayğacları koddan çıxarmaq üçün isə "Azəriqaz"ın əməkdaşları sakinlərdən 5 manat pul tələb edir.

Sakinlər qeyd edir ki, "Azəriqaz"ın ərazi üzrə hər əməkdaşında koda düşmüş sayğacların kodunu açmaq üçün xüsusi kart ("qızıl kart") var. Bu tip problemlər zamanı isə İB-in əməkdaşları problemi heç bir ödəniş edilmədən həll etməlidir. Lakin F.Məlikov küçəsinin sakinlərinin problemini "Azəriqaz" əməkdaşları ödəniş edilmədən həll etmir.

Bir neçə gündür qazsız qalan sakinlərdən Araz Hüseynov qeyd edir ki, İB-dən onlara tələb edilən 5 manat verilməyəcəyi təqdirdə qazlarının bərpa edilməyəcəyini bildiriblər:

"Koda düşmüş sayğacların kodunu açmaq xırda bir işdir. Belə soyuq havalarda nə vaxta qədər gözləməliyik? Bu ərazidə yüzlərlə ailə yaşayır. Bu qədər ailə "Azəriqaz"ın məsuliyyətsizliyinə, yarıtmazlığına görə soyuqdan donmalıdır? Qışın ortasında qazı kəsir, sonra sayğaclar koda düşəsi olur. İndi də deyirlər, gətirin 5 manat verin, kodu açaq. Bu sayğacı koda salan "Azəriqaz"dırsa, bu qədər ailə niyə pul ödəməlidir ki, qaz bərpa olunsun?"

Məsələ ilə əlaqədar "Azəriqaz" İstehsalat Birliyindən İbrahim Kərbalayev Axar.az-az açıqlamasında vətəndaşlardan tələb edilən pulun əsassız olduğunu bildirdi:

"Bəzi hallarda ola bilər ki, qaz verilən zaman sayğaclar koda düşsün. Bu kütləvi şəkildə olanda, yəni binadakı mənzillərin əksəriyyətində belə hal baş verərsə, problemin həlli bir qədər gecikə bilər. Ancaq istənilən halda kodun açılması pulsuz görülən işdir. Heç kəsin vətəndaşlardan bunun üçün pul tələb etməyə haqqı yoxdur. Əgər pul tələb edilirsə, sakinlər Binəqədi rayon Qaz İstismar Sahəsinə müraciət etsinlər. Orada sakinlərin probleminə baxılmasa, "Azəriqaz" İstehsalat Birliyinə müraciət etsinlər".

Problemlə əlaqədar Binəqədi Rayonu Qaz İstismar Sahəsi ilə də əlaqə saxlamaq mümkün olmadı.

Tarix
2014.10.30 / 12:10
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla