Yuxarı

Azərbaycanlıların bir hissəsi ərəbə, farsa çevrilir – İsmayılov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlıların bir hissəsi ərəbə, farsa çevrilir – İsmayılov

Müsəlman Şərqinin ilk cümhuriyyətini Azərbaycanda din xadimi ailəsindən çıxan şəxslər qurmuşdular. Amma bu gün bəzi dindarlar dünyəviliyə qarşı çıxır. Deyirlər ki, Azərbaycan islam dövlətidir, şəriət qanunları ilə idarə olunmalıdır.

Axar.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “Din və ideoloji təhlükəsizlik” mövzusunda keçirilən konfransda deyib.

“Dindarlardan bəziləri hətta ölkəmizin İsraillə, Rusiya ilə, ABŞ ilə siyasətini necə qurmalı olduğunu müzakirə edir. Dinin siyasiləşdirilməsi dünyəvi dövlət üçün böyük təhlükədən xəbər verir. Kim siyasətlə məşğul olmaq istəyirsə, partiyalara qoşula bilər, amma dinlə siyasəti qarışdırmasın”, - İsmayılov bildirib.

Sədr müavini bu sahədəki növbəti problemin ənənəvi islam anlayışının zəiflədilməsi cəhdlərinin olduğunu deyib:

“Ənənəvi islam” dedikdə zamanla bizə gəlib çatmış islamı yox, bizim adət-ənənələrimizi inkar etməyən islamı nəzərdə tuturuq. Din yeganə faktor deyil, dinlə yanaşı, xalqın yaşadığı dövlətin adət-ənənələri var.

Belə bir fikir var ki, Azərbaycanda dindarların sayı artdıqca azərbaycanlıların sayı azalır. Çünki təbliğat nəticəsində bir hissəmiz ərəbə, bir hissəmiz farsa çevrilir.

Xarici təsirlərin gücləndirilməsi də bir problemdir. Xaricdə və əcnəbilər tərəfindən ölkəmizdə açılan mədrəsələrdə təhsil alanlar var. Azərbaycan həmin ölkələrlə kiçik problem yaşadığı halda orda təhsil almış dindarlar o xarici ölkəni müdafiə edir”.

İsmayılov bildirib ki, bu sahədə mövcud olan digər bir problem də cəmiyyətdə qütbləşmə və sosial təbəqəşələşmənin yaranmasıdır:

“İslamı elə təbliğ edirlər ki, insanlar dindar və dindar olmayanlara bölünür. Amma bunlar əsla ideoloji nöqteyi-nəzərdən qarşı-qarşıya qoyula bilməz. Sovet dövrünün dindarları ilə dil tapmaq olur, amma ikinci nəsil dindarlarla müəyyən problemlər yaranır. Deyirlər, bizim kimi olmasan, kafirsən”.

Tarix
2018.12.26 / 15:32
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla