Yuxarı

DGK-da media qurumlarının rəhbərləri ilə görüş...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 27-də Dövlət Gömrük Komitəsində “Gömrük-media” əməkdaşlığı çərçivəsində aparıcı media qurumlarının rəhbərləri ilə görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev XIX əsrin ikinci yarısında yaranan milli mətbuatımızın milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təbliği və qorunmasında, dövrün müasir dəyərlərinə inteqrasiya prosesində mühüm rol oynadığını, istər XX əsrin əvvəllərində, istərsə də sonunda müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı mərhələlərində prinsipial mövqe nümayiş etdirdiyini söyləyib.

Komitə sədri vurğulayıb ki, müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev və onun ideyalarının sadiq daşıyıcısı Prezident İlham Əliyev daim media qurumlarının, jurnalistlərin problemlərinə həssaslıqla yanaşıb, milli mətbuatımızın inkişafı üçün xüsusi proqram və layihələr həyata keçirib, onların ən yaxın dostu olublar.

Bu gün medianın cəmiyyətdəki roluna toxunan S.Mehdiyev qeyd edib ki, istisnalar xaricində, Azərbaycan mətbuatı bu istiqamətdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, dövlətimizin möhkəmlənməsi, xalqımızın rifah halının yaxşılaşması istiqamətində görülən işlərə töhfəsini verir.

Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin media ilə münasibətlərindən nümunə götürərək Dövlət Gömrük Komitəsinin də daim milli mətbuata qarşı həssas yanaşmağa, media ilə səmərəli və işgüzar əməkdaşlıq əlaqələri qurmağa səy göstərdiyini vurğulayan komitə sədri bu baxımdan dördüncü hakimiyyət sayılan medianın da ölkəmizin gömrük orqanlarına qarşı adekvat münasibət göstərdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində uğurla reallaşdırılan innovativ islahatlardan da bəhs edən S.Mehdiyev bu prosesə media qurumlarının peşəkar və təmənnasız dəstəyinin gömrük-media münasibətlərinin sağlam əməkdaşlıq platformasında formalaşması ilə yanaşı, həm də şəffaflığın təmin olunmasına, islahatların daha sürətli və səmərəli şəkildə reallaşmasına şərait yaratdığını bildirib.

Sonra Azərbaycan Gömrük Xidmətinin gələcək hədəflərindən danışan komitə sədri gömrük-media münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov son dövrlərdə gömrük orqanları ilə jurnalistlər arasındakı görüşlərin mütəmadi xarakter aldığını, bunun da gömrük orqanlarındakı şəffaflığın bariz nümunəsi olduğunu bildirib. O, gömrük orqanlarının jurnalistlər üçün təşkil etdiyi təlim və seminarların əhəmiyyətindən də danışıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli gömrük-media münasibətlərindən bəhs edib. O, bu münasibətlərin səmərəli və işgüzar əməkdaşlıq zəminində formalaşmasında gömrük orqanlarının xüsusi rol oynadığını diqqətə çatdırıb.

“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov isə gömrük orqanlarının səmərəli fəaliyyəti barədə danışıb və bunun gömrük-media münasibətlərində də öz əksini tapdığını bildirib.

Daha sonra görüşün digər iştirakçıları da gömrük orqanları ilə media arasındakı münasibətlərdən və bu münasibətlərin ümumi işə faydasından bəhs ediblər.

Görüşdə DGK Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisinin birinci müavini Anar Süleymanov gömrük sistemində aparılan islahatlar, onların əhəmiyyəti və gömrük orqanlarının gələcək hədəflərindən bəhs edən təqdimatla çıxış edib. Eyni zamanda, media nümayəndələrinə gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin fəaliyyəti barədə məlumat verilib.

Sonda media qurumlarının rəhbərlərinin sualları cavablandırılıb.

Tarix
2018.12.27 / 20:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla