Yuxarı

Ermənilər “Qədim İrəvan” buraxdı: yenə oğurladı… - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər yenə də öz ampluasındadır. Bu dəfə onların “böyük” ağlı qədim Alban kompleksini mənimsəməyə yönəlib.

Bu barədə Moskvada yaşayan azərbaycanlı alim, texniki elmlər doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi Kamran Rüstəmov Axar.az-a danışıb. Alim redaksiyamıza ermənilərin “Qədim İrəvan” adlı konyakının fotosunu göndərib.

Məsələ burasındadır ki, Rusiyanın paytaxtında satılan ermənilərin istehsal etdiyi konyakın etiketində Ermənistan tarixi ilə heç bir əlaqəsi olmayan qədim Alban monastr kompleksi Tatevin təsviri əks olunub.

Rüstəmovun sözlərinə görə, əslində “Qədim İrəvan” konyakının üzərində İrəvana aid foto, təsvir və ya hər hansı bir simvolun olması nəzərdə tutulub. Lakin hazırda satılan məhsulların üzərində qədim İrəvanla bağlı heç bir əlaqəsi olmayan təsvir vurulub.

İrəvan qədimdə bu cür olub

“Yeri gəlmişkən, İrəvan və ətrafında bütün erməni kilsələri yalnız Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra peyda olub. Digər monastır və kilsələrin hamısı Alban kilsəsinə məxsus olub. Onların 1836-cı ildə erməni kilsəsinə verilməsindən sonra Cənubi Qafqazda xristianlıq tarixinin kütləvi saxtalaşdırılmasına başlanılıb”, - ekspert bildirib.

Qeyd: Tatev monastır kompleksi Alban memarlığının ən möhtəşəm nümunələrindən biri sayılır. Təxminən 9-10-cu əsrlərdə Qərbi Azərbaycanın Zəngəzur mahalının Gorus rayonunda inşa edilib.

Tarix
2019.01.09 / 11:03
Müəllif
Əli, Orxan
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla