Yuxarı

Donuz təsərrüfatları yoxlanılır - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusilə Gürcüstana yaxın yerləşən bölgələrdə donuz təsərrüfatı ilə məşğul olan kənd sakinlərinin təsərrüfatına baxış keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirlik yanında Dövlət Baytarlıq Xidməti Qax rayonunun Qaxingiloy kənd sakini Papiaşvili Zuraya məxsus 10 baş, Əlibəyli kənd sakini Şioşvili Aludaya məxsus 15 baş donuz saxlanılan təsərrüfatlarda olublar.

Baytarlıq mütəxəssisləri təsərrüfatlarda saxlanılan donuzlara kliniki baxış keçiriblər. Kliniki müayinə zamanı donuzların heç bir infeksion xəstəliyin əlamətləri aşkar edilməyib. 3 aydan yuxarı donuzlarda qarayara xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Həmçinin donuzlar saxlanılan ərazilərin mexaniki təmizliyindən sonra 430 kvadratmetr sahədə profilaktik dezinfeksiya və dezinseksiya işləri icra edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.

Tarix
2019.01.12 / 17:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla