Yuxarı

Deputat gəncləri siqaretə “yox” deməyə çağırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Tovuz Gənclər Evində Dünya Siqareti Tərgitmə günü münasibəti ilə “Siqaretə yox deyək!” adlı tədbir keçirib.

Axar.az xəbər verir ki, tədbirdə Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov çıxış edərək siqaretin zərərindən danışıb və bununla bağlı gənclər arasında maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini vurğulayıb.

Q.Paşayeva çıxışında il ərzində 6 milyona yaxın insanın siqaretdən dünyasını dəyişdiyini qeyd edib:

“Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncüllərini olaraq görmək istəyirik. Hər bir gənc ilk növbədə ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalıdır. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və bir çox hallarda ondan bir daha xilas ola bilmirlər”.

Siqaretin dəhşətli zərərli təsirləri, ondan xilas olmanın heç zaman gec olmaması barədə danışan millət vəkili bildirib ki, Azərbaycanda xüsusilə gənclər arasında siqaretdən istifadə hallarının artması hamını ciddi narahat etməlidir.

Deputat gənclərin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərin daha da artırılmasının vacibliyini xüsusilə qeyd edib:

“Gənclərin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq. Bu istiqamətdə maarifləndirmə ilə yanaşı, ictimai qınağın olması da önəmlidir. Gənclər bu məsələlərə daim həssaslıq nümayiş etdirməlidirlər”.

Millət vəkili tədbirdə iştirak edən gənclərə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən tərcümə edilərək nəşr edilən “Siqareti atmağın asan yolu” kitabını da hədiyyə edib.

Tarix
2019.02.11 / 16:28
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla