Yuxarı

“Azercell” ilə rəqəmsal dünyanın yenilikləri daha əlçatan olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azercell” ilə rəqəmsal dünyanın yenilikləri daha əlçatan olacaq

25-28 Fevral tarixləri arasında İspaniyanın Barselona şəhərində qabaqcıl texnologiyaları sərgiləyən, eləcə də sənayeyə təsir edən ən qızğın mövzuları müzakirə etmək üçün mütəxəssisləri bir araya gətirən “Mobil Dünya Konqresi” (“Mobile World Congress” – MWC) keçirilib.

Axar.az xəbər verir ki, 2400-dən çox aparıcı telekom şirkətlərinin iştirak etdiyi dünyanın ən möhtəşəm mobil tədbirinə ölkədə rabitə sahəsinin inkişafına hər zaman öz töhfəsini verən, Azərbaycanın lider mobil operatoru Azercell Telecom MMC-nin də heyəti qatıldı. Şirkət mütəxəssislərinin iştirak etdiyi bu sərgi texnoloji yeniliklərin tətbiqini nəzərdə tutan rəqəmsal eraya operatorun infrastrukturunu hazır etmək, texniki və biznes imkanlarını genişləndirmək üçün yeni əməkdaşlıqlar qurmaq, maraqlı təcrübələrdən bəhrələnmək, innovativ tendensiyaları tezliklə ölkəyə gətirmək və ümumilikdə dünya telkosunun ritmini və vizyonunu hiss etmək baxımından faydalı təcrübə bəxş edib.

MWC sərgisi gələcəyi formalaşdıran həll yollarını araşdırmaq, çağırışları müzakirə və tədqiq etmək, eləcə də əyani surətdə bu texnologiyaların insan həyatının əyləncə, nəqliyyat, ictimai xidmətlər, sənaye, veb və bulud bağlantısı da daxil bütün aspektlərinə necə böyük bir təsirə malik olmasını müşahidə etmək imkanı təqdim edir.

200 ölkənin 107000 artıq nümayəndəsinin iştirak etdiyi sərgidə bir sıra aparıcı şirkətlər “5G”, “Əşyaların İnterneti” , “Mobil Qoşulma”, “Ağıllı Bağlantı”, “Süni İntellekt”, “İnkişaf üçün Mobil” mövzularına əsaslanan programlarını nümayiş etdirdilər.

MWC sərgisi ilə bağlı öz təəssürat və fikirlərini “Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev “Technote” şirkətinin rəhbəri Fərid Pərdəşünasla olan müsahibəsində bölüşüb. Müsahibəni bu linkdən izləyə bilərsiniz: https://www.facebook.com/azercell/videos/1984835524979338/

Mobil texnologiyalar vasitəsilə insanların gündəlik həyatını asanlaşdırmağı hədəfləyən “Azercell”, rəqəmsal aləmin yeniliklərini abunəçiləri üçün əlçatan etmək istiqamətində fəaliyyətini davam edəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.03.02 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Gənc nəslin bu cür tərbiyə olunması çox vacibdir - Prezident

Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar...

Prezident və xanımı Şamaxıya getdi

Geri çəkildik və sülh sazişinin mətni ilə razılaşdıq...

Azərbaycan üçün dəhşətli statistika – Hara gedirik?

Prezident onları qəbul etdi

Bu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

Bakıda mühüm toplantı: Prezidentin müraciəti oxundu

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla