Yuxarı

Deputatlar Novruz bayramını harada keçirəcək? - Cavablar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ölkəmizdə Novruz bayramı qeyd olunur. Bəzi şəxslər bayramı müxtəlif yerlərdə, fərqli ölkələrdə keçirir.

Maraqlıdır, Milli Məclisin deputatları Novruz bayramını harada və necə keçirəcəklər?

Millət vəkili Elman Nəsirov Axar.az-a açıqlamasında bu il ilk dəfə Novruzu ailəsi ilə birlikdə keçirməyəcəyini bildirib:

“Bu il bu bayramı Cocuq Mərcanlıda keçirəcəm. Orada Novruz şənliyi təşkil olunacaq və həmin şənliyə mən də qatılacam. Hesab edirəm ki, bunun çox böyük siyasi mənası var. Qoy ermənilər görsün ki, bu gün biz Cocuq Mərcanlıda bu əziz və qədim bayramımızı yüksək səviyyədə qeyd edirik. Bunun simvolik mənası odur ki, bir gün işğaldan azad olunmuş digər torpaqlarımızda da Novruz bayramını böyük şadyanalıqla qeyd edəcəyik. Ali Baş Komandanın yeritdiyi siyasət həmin günü çox sürətlə yaxınlaşdırır”.

Millət vəkili Flora Qasımova da Novruz bayramını Cocuq Mərcanlıda keçirməyi planlaşdıranlar sırasındadır:

“Novruz bizim qədim və milli bayramımızdır. Bu bayramda insanlar həm paylaşırlar, həm saflaşırlar, həm öz arzularının reallaşması üçün niyyətlər edirlər. Belə ki, insanlar bu bayramda kindən, küdurətdən uzaqlaşır, qohumlarına, qonşularına öz ruzilərindən pay qoyur, çoxdandır görmədiyi qohum-əqrəbalarını ziyarət edirlər. Bu bayramda səməni cücərdilməsi yazın gəlişinin simvolu sayılır. Hamı qoy niyyət etsin ki, tezliklə bu bayramımızı işğal olunmuş torpaqlarımızda keçirək. Xalqımızın hər bir nümayəndəsi ürəyində hansı niyyəti varsa, ona çatsın”.

Musa Qasımlı Novruz bayramını evində ailəsi ilə keçirməyi düşünür:

“Novruz bayramı ilə bağlı xatirələr çoxdur. Novruzun bizim üçün rəmzləri əzizdir. Qoy bu Novruzda hər bir azərbaycanlı ailəsinin ocağı gur yansın, süfrəsi bol ruzi-bərəkətli olsun”.

Millət vəkili Naqif Həmzəyev vurğulayıb ki, hər dəfə Novruz bayramını ölkəmizdə keçirməyə çalışır:

“Bu il də Novruz bayramını ailəm və seçicilərimlə birlikdə Gəncə şəhərində keçirəcəm. Əzizlərimə, qohumlarıma baş çəkəcəm. Həmçinin, Avropadan qonaqlarım var. Çalışacam onlara Azərbaycanın dilbər guşələrini, Gəncəni, Gəncə ətrafı bölgələri tanıdım, göstərim. Bunu bir növ təbliğat məqsədi ilə edəcəm. Çünki dostlarımız iş adamlarıdır, onların gələcəkdə Azərbaycana sərmayə yatırması üçün çalışmaq lazımdır”.

Millət vəkili Aqil Abbas bütün bayramları ailəsi ilə birlikdə evində keçirdiyini bildirib:

“Novruz bayramı ilə bağlı xatirələr Ağdamda qalıb. Azərbaycanda hər kəs Novruzu eyni şadyanalıqla qarşılayır. Tonqal üstündən hoppanır, Novruz bayramında bişən təamlardan dadır, yumurta döyüşdürür. Biz əvvəllər Novruzda dirədöymə oynayardıq, kəndlərdə güləşərdilər. Torba atmaq Novruzun ən gözəl adətidir. Baharın gəlməsini şənlik etmək lazımdır”.

Tarix
2019.03.20 / 19:35
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla