Yuxarı

Təhsil naziri əmr imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təhsil naziri əmr imzaladı

Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi"ndə dəyişikliklər edilməsi haqqında" qərarının yerinə yetirilməsi ilə əlaqədar əmr imzalayıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrdə qeyd olunub ki, tədris ilinin başlandığını və ümumi təhsil müəssisələrinin tədris planlarının təsdiq olunub, həyata keçirildiyini nəzərə alaraq "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə edilən dəyişikliklər 2015-2016-cı dərs ilindən tətbiq olunacaq.

Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları bu əmrin məzmununun ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinə çatdırılmasını və valideynlərin bu barədə məlumatlandırılması üçün müvafiq maarifləndirmə işləri aparılmasını təmin etməlidirlər.

Tapşırılıb ki, Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov) ümumtəhsil məktəblərinin 2015-2016-cı dərs ili üçün tədris planlarında bu dəyişikliklərin nəzərə alınmasını təmin etsin, Tədris resursları şöbəsi (F.Şahbazlı) qeyd olunan dəyişiklikləri dərslik hazırlığı ilə bağlı məsələlərin həllində nəzərə alsın.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Tarix
2014.12.02 / 15:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla