Yuxarı

Azərbaycanda müğənninin vurduğu uşaqlardan biri öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda müğənninin vurduğu uşaqlardan biri öldü

Cəlilabad rayonunun Günəşli kəndində 8 gün əvvəl azyaşlı 3 piyadaların vurulması ilə nəticələnən qəzada xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

Bu barədə Report-a Cəlilabad Rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, qəza zamanı yaralanan piyada - 10 yaşlı İsmayıl Allahverənov dünən Bakıda müalicə aldığı xəstəxanada ölüb.

Şöbədən o da bildirilib ki, hadisə ilə bağlı piyadaları vuran avtomobilin sürücüsü Vidadi İsmayılov barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Qəza ilə bağlı avtotexniki ekspertizanın rəyi məlum olandan sonra sürücünün həbs edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətiriləcək.

Dünyasını dəyişən İ.Allahverənovun 14 yaşlı bacısı Ruhəngiz Allahverənovanın vəziyyəti isə qənaətbəxşdir.

Qeyd edək ki, sürücü V.İsmayılov müğənnidir.

Tarix
2014.12.06 / 13:41
Müəllif
Axar.az
Digər xəbərlər

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla