Yuxarı

“Orda qızlar 15 yaşından oğlanlarla yaşayır”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Orda qızlar 15 yaşından oğlanlarla yaşayır”

"Nəzərə almırlar ki, azərbaycanlı qızlar avropalılardan fərqli olaraq, 15 yaşından hansısa oğlanla vətəndaş nikahında yaşamır, hansısa oğlanla oturub-durmurlar.

18 yaşları tamam olanda normal şəkildə, qanunvericiliyə uyğun olaraq nikaha daxil olurlar. 18 yaşı tamam olan qız fizioloji və bioloji baxımdan nikaha daxil olmaq üçün münasibdir. Biz nikah yaşını daha da artıraraq, 18 yaşı tamam olan normal, gözəl-göyçək bir qızın nikaha daxil olmasını əngəlləyək?"

Bu sözləri Milli Məclisin Sosial-siyasət Komitəsinin sədri Hadı Rəcəbli BMT-nin xüsusi məruzəçisi Raşida Mancunun ölkəmizdə erkən nikahla bağlı açıqladığı statistikaya və nikah yaşı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən söyləyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan real olaraq erkən nikah məsələsini gündəmə çıxarır, statistikanı ortaya qoyur: "Avropada 15 yaşlı qızlar "Boy friend" adı ilə vətəndaş nikahında yaşayırlar. Yaxşı olar ki, Azərbaycanda erkən nikahla bağlı statistikanı açıqlayanlar Avropada "Boy friend" adı ilə vətəndaş nikahında yaşayanların rəsmi qeydiyyatını aparsınlar".

H.Rəcəbli əslində, avropalılarda erkən nikah olduğuna və bu statistikanın aparılmadığına diqqət çəkib. "Avropada azyaşlı qızlar hələ məktəb dövründən oğlanlarla intim münasibətdə olurlar. Bu baxımdan onlar bizdə "erkən nikah artımı" problemini qabarda bilməzlər", - deyə millət vəkili qeyd edib.

Qeyd edək ki, Azərbaycanda qadınlara qarşı zorakılıq, onun səbəb və nəticələrini araşdıran BMT-nin xüsusi məruzəçisi Raşida Mancunun ölkəmizdə 2013-cü ildə 5000 azyaşlının erkən nikaha girdiyini açıqlayıb. Həmin statistikada ötən il bu rəqəmin 4 min olduğu göstərilir. Xüsusi məruzəçi, Raşida Mancu zorakılığın səbəbləri və fəsadlarını aradan qaldırmaq üçün siyasi iradə və dövlət, qeyri-dövlət sektorunun vəzifəsinin mühüm olduğunu deyib. "Qadına qarşı zorakılığa insan haqqları, vətəndaş və siyasi, iqtisadi, sosial mədəni haqqları prizmasından yanaşmaq lazımdır. Bu kompleks yanaşma olduğu təqdirdə qadınlara qarşı zorakılığın yerli-dibli ləvği istiqamətində işlərin aparlmasından söhbət etmək olar".

Tarix
2013.12.09 / 18:28
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

ANAMA əməkdaşı minaya düşdü, ayağı amputasiya edildi

ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir

Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?

Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla