Yuxarı

Polisi vurub qaçan Əliağa Kürçaylı generalın kürəkəni imiş - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polisi vurub qaçan Əliağa Kürçaylı generalın kürəkəni imiş - Video

Bakının mərkəzində "Porşe" markalı avtomobillə yol polisinə qarşı kobudluq edən sürücü artıq 4 gündür həbsdədir. Tanınmış şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylının nəvəsi olan və onun adını daşıyan nəvə Əliağa özəl şirkətdə çalışır.

Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, 25 yaşlı Əliağa Kürçaylı ədliyyə generalının kürəkənidir. Həmin sürücünün qayınanası isə yüksək instansiya məhkəməsində hakimdir. Müəyyən səbəblərdən onların adları açıqlamır.

Dekabrın 4-də, axşam saatlarında Şeyx Şamil və İstiqlaliyyət küçələrinin kəsişməsində üzü Azneft dairəsi istiqamətində hərəkət məhdudlaşdırılsa da, Əliağa Kürçaylı "Porşe" markalı avtomobillə həmin istiqamətdə hərəkət etmək istəyib. Bu zaman Bakı şəhər DYPİ-nin əməkdaşı onun qarşısını kəsib və istiqaməti dəyişdirməyi tələb edib. Lakin sürücü polisin qanuni tələbinə əhəmiyyət verməyərək maşını onun üstünə sürüb və hərəkəti davam etdirib. Azneft dairəsində saxlanılacağını bilən sürücü Şövkət Məmmədova küçəsinə girərək yolun əksinə hərəkət etməklə 6 nömrəli məktəbin qarşısında Bəhram Gurun heykəlinin yanına çıxıb və hərəkəti davam etdirərək yayına bilib.

Lakin ertəsi gün polisin keçirdiyi axtarış tədbirləri nəticəsində həmin avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Əliağa Rüfət oğlu Kürçaylı saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 15 sutka inzibati həbs cəzası müəyyən edilib. Sürücü Əliağa Kürçaylı məhkəmədə ifadə verərkən bildirib ki, belə bir hərəkət etməsinə səbəb "Kristal Holl"da keçirilən tədbirdir. Həmin tədbirin təşkilatçılarından biri olduğunu deyən Ə.Kürçaylı bildirib ki, əgər vaxtında ora çata bilməsəydi, tədbir pozula bilərdi. Məhkəmədə özünü olduqca səmimi aparan Əliağa ifadə verərkən əməlindən peşman olduğunu deyib. Yaxın qohumları sayəsində cəzasız qalacağını zənn edən sürücü 15 sutka həbs qərarını eşitdikdə özünü itirib.

Tarix
2014.12.10 / 12:41
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla