Yuxarı

Rusiyada avtomobil ucuzlaşdı: Bakıya axın başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada avtomobil ucuzlaşdı: Bakıya axın başladı

Son aylarda ölkəyə Rusiyadan gətirilən avtomobillərin sayında artım müşahidə olunur.

Axar.az-ın əldə etdiyi məlumata görə, ölkə vətəndaşları Rusiyadan ucuz qiymətə avtomobil alaraq ölkəyə gətirir və proses durmadan yayılır.

Məlumatlı mənbənin sözlərinə görə, şimal qonşumuzda rublun dəyərdən düşməsi azərbaycanlılar üçün bu ölkədə avtomobil alışını əlçatan edib:

"Rusiyaya qarşı sanksiyalar rublun kəskin dərəcədə düşməsi ilə nəticələnib. Hazırda bu ölkədə avtomobillərin qiyməti çox enib. Ona görə də azərbaycanlı müştərilər və avtomobil satışı ilə məşğul olanlar bu işdə maraqlıdır".

Gürcüstan bazarından avtomobil idxalında yaranan durğunluğu qiymət bahalığı ilə izah edən mənbə bir müddətdən sonra rus avtomobillərinin Azərbaycan bazarında liderliyi ələ alacağını deyib:

"Məsələn, 2008-ci ilin alman avtomobili ilə eyni ildə istehsal olunan Rusiya avtomobilinin qiymətində yerlə göy qədər fərq var. Almaniya istehsalı olan avtomobil 12 min dollara satılırsa, Rusiya avtomobili bundan 4 qat ucuz başa gəlir. Ona görə də Rusiya avtomobillərinin satışının ölkədə getdikcə artması daha realdır".

Tarix
2014.12.16 / 00:58
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Azərbaycanla böhran aradan qalxdı - Şoyqu

Azərbaycan da bunu bizim üçün etdi - Paşinyan

Gənc nəslin bu cür tərbiyə olunması çox vacibdir - Prezident

Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar...

Geri çəkildik və sülh sazişinin mətni ilə razılaşdıq...

Azərbaycan üçün dəhşətli statistika – Hara gedirik?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla