Yuxarı

Səfir Qətər mətbuatına danışdı: Hər cür şərait var - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:01

28 May - Respublika Günü, Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi və Azərbaycan-Qətər diplomatik münasibətlərinin yaranmasının 25 illiyi münasibətilə Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayılovun bu ölkənin “Əl-Şərq”, “Əl-Ərəb” və “Əl-Raya” qəzetlərində geniş müsahibələri dərc edilib.

Kult.az xəbər verir ki, R.İsmayılov müsahibədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Cümhuriyyət dövründə əldə olunmuş nailiyyətlər, Azərbaycanda diplomatik xidmət orqanlarının fəaliyyəti, Azərbaycan-Qətər münasibətləri, ikitərəfli əməkdaşlığın əsas prioritet məsələləri, Azərbaycandakı mövcud əlverişli investisiya mühiti və turizmin inkişafı, həmçinin ölkəmizdə qeyd olunan “İmadəddin Nəsimi ili” haqqında danışıb.

Səfir Azərbaycan-Qətər münasibətlərindən bəhs edərək, dövlət başçıları tərəfindən həyata keçirilmiş qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına böyük töhfə verdiyini bildirib. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan 30-dan artıq sənədin imzalandığını diqqətə çatdıran səfir, cari il ərzində həyata keçirilmiş səfərlər və tədbirlər barədə geniş məlumat verib.

R.İsmayılov ölkəmizdə xarici investisiyalar üçün əlverişli şəraitin yaradıldığını, investorların hüquqlarının qorunması üçün lazımi iqtisadi islahatların aparıldığını və müvafiq qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib.

Tarix
2019.05.27 / 15:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla