Yuxarı

Bakıda prospekti zəbt edənlər kimlərdir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.06.07. 09:30

Bakıda yanan "Diqlas" ticarət mərkəzi söküntü ilə əlaqədar hasara alınıb.

Axar.az xəbər verir ki, Qara Qarayev prospektinin şəhər istiqamətində hissəsinin bir zolağı sözügedən hasarın içərisinə düşüb.

Bəzi işbazlar isə hasarın qabağında "rəsmi" dayanacaq da düzəldiblər, hətta qoluna nişan bağlayıb, pul yığırlar.

Nəticədə maşınların keçməsi üçün yalnız bir zolaq qalıb ki, bu da böyük tıxaca səbəb olur.

Artıq 10 gündən çoxdur davam edən bu mənzərə ilə bağlı nə rayon İcra Hakimiyyəti, nə Polis İdarəsi, nə də Dövlət Yol Polisi İdarəsi bir addım atır.

Xatırladaq ki, prospektin ortasında qurulan bu qanunsuz dayanacaqla üzbəüz ən müasir üslubda tikilən beşmərtəbəli parkinq fəaliyyət göstərir.

***

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev saytımıza açıqlamasında bildirib ki, bu, əslində onların səlahiyyətinə aid deyil:

“Bu işə polis nəzarət edir. Hazırda da orada polis var. Narahatlığı nəzərə alaraq, polisə bu barədə məlumat verəcəyik ki, problem aradan qaldırılsın”.

Tarix
2019.06.07 / 12:50
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla