Yuxarı

4 kənddə su yoxdur, azərbaycanlı deputat isə təkzib edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda 4 kəndinin sakinləri bir neçə aydır içməli su problemindən əziyyət çəkirlər.

Bunu Report-a “Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgər bildirib.

Onun sözlərinə görə, Dəmyə-Gorarxı, Kirovka, Axlılələ və Yuxarı Saral kəndləri içməli su ilə təmin olunmur: “Bu kəndlərin içməli su ilə təminatı üçün 1,3 milyon lari vəsait xərclənib. Lakin susuzluq problemi hələ də qalmaqdadır. Kranlardan hava gəlir. Sakinlər məcbur qalıb bulaq və kanal suyundan istifadə edirlər”.

Ə.Əsgər qeyd edib ki, kənd sakinləri problemin qısa müddət ərzində aradan qaldırılmayacağı təqdirdə etiraz aksiyası keçirmək niyyətindədir.

Məsələyə münasibət bildirən hakim Gürcü Arzusu Partiyasının Maneulidən olan deputatı Ruslan Hacıyev açıqlamasında adıçəkilən kəndlərdə içməli su ilə bağlı problemin olmadığını söyləyib:

“Dəmyə-Gorarxı ərazi vahidliyində içməli su problemi yoxdur. Yay aylarında suya olan tələbat artıdığından, ola bilsin ki, hansısa evlərdə su gəlməsin. Həmin ərazidə qəbirstanlıqda su problemi var idi və ora da su çəkildi. Əgər içməli su ilə bağlı hər hansı bir narahatlıq yaşanırsa, yerli bələdiyyə onu həll etməyə hazırdır və biz də onların yanındayıq”.

Deputatın sözlərinə görə, Marneulidə içməli su ilə bağlı əsas problem Algeti ərazi vahidliyinə daxil olan kəndlərdə mövcuddur: “Problemin aradan qaldırılması üçün hökumət 4 milyon laridən çox vəsait ayırıb və yaxın zamanda su təminatı məsələsi həllini tapmalıdır”.

Tarix
2019.06.11 / 14:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla