Yuxarı

Nazirlər Kabinetinə müraciət: Dərslərin iki həftə uzanması…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlər Kabinetinə müraciət: Dərslərin iki həftə uzanması…

Ali və orta təhsil müəssisələrində dərslərin sentyabr ayının 15-də başlaması özünü doğrultmur. Proqramların mənimsənilməsində yaranmış boşluğu aradan qaldırmaq üçün dərs ilinin 2 həftə uzadılması effekt vermir. İki həftə itirilmiş həftədir.

Axar.az xəbər verir ki, bu sözləri təhsil eksperti Etibar Əliyev artıq bir neçə ildir orta və ali məktəblərdə dərslərin 15 sentyabrda başlayıb, 15 iyun tarixində bitməsinin yaratdığı narahatlıqdan danışarkən deyib.

E.Əliyev bildirib ki, 1 sentyabra qayıtmalıyıq:

“Dünyanın əksər ölkələrində 1 sentyabr "Bilik günü"nə assosiasiya olunur. Diqqət edin: Təhsil sistemi inkişaf etmiş Yaponiyada dərslər aprel ayının 1-də başlayır. Sakura çiçək açanda. Görsənir ki, onlar bu tarixi seçməkdə yanılmayıblar. Sakura çiçəyi əlbəttə ki, simvola çevrilib.

Biz isə 15 sentyabrı seçməklə çox böyük yanlışlığa yol vermişik. Vaxtilə bizdə də 1 sentyabr "Bilik günü"nə assosiasiya olunurdu. Və bu tarix simvola çevrilmişdi”.

Təhsil Eksperti Kamran Əsədov isə bildirib ki, 15 iyun tarixinə kimi dərslərin davam etməsi həm valideynlər, həm müəllimlər, həm də şagirdlərin narazılığına səbəb olduğu üçün bununla bağlı Nazirlət Kabinetinə müraciət ünvanlayıb.

Tarix
2019.06.12 / 11:17
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

Azərbaycanlı və erməni ekspertlər Londonda - Foto

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla