Yuxarı

Azərbaycanda dəhşətli qəza: 3 ölü, 12 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda dəhşətli qəza:

17:58

Bakı-Ələt yolunda "Prado", VAZ-2107 və "Ford" markalı mikroavtobusun toqquşması nəticəsində zəncirvari qəza baş verib.

Axar.az xəbər verir ki, işçiləri daşıyan "Ford" markalı mikroavtobus dəmir maneələrə dəyərək qəza törədib.

Qəza nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım maşınları cəlb olunub.

***

Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonunda baş vermiş dəhşətli qəza ilə bağlı məlumat yayıb.

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda "Toyota" markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda sıxılı vəziyyətdə qalan 5 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər", - məlumatda qeyd olunub.

***

Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, içərisində gəmiqayırma zavodunun işçiləri olan avtobus Səngəçaldan gələrkən qəzaya uğrayıb.

"8 nəfər Klinik Tibbi Mərkəzə, 4 nəfər Respublika Kliniki Xəstəxanasına çatdırılıb. 3 nəfər isə yolda dünyasını dəyişib", - nazirlikdən bildirilib.

***

Ələt yolunda baş verən qəzada yaralananlar bunlardır:

Banqladeş vətəndaşları 1983-cü il təvəllüdlü Məhəmməd Ərşad, 1979-cu il təvəllüdlü Zahangir Alam, 1987-ci il təvəllüdlü Ruhul Amin və 1990-cı il təvəllüdlü Hüseyn Mühasib, 22 yaşlı Vetri Çelvin, 42 yaşlı Məhəmməd Muxtar, 40 yaşlı İslam Məcdun və sürücü 27 yaşlı Ağayev Mehman Azad oğlu.

Tarix
2019.06.17 / 22:32
Müəllif
Aytac, Nərmin
Digər xəbərlər

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla