Yuxarı

Prezident Ramil Usubovla görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Ramil Usubovla görüşdü - Foto

15:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib.

Axar.az xəbər verir ki, dövlət başçısı Ramil Usubovun uzun illər daxili işlər naziri vəzifəsini uğurla icra etdiyini bildirib. Bu gün Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev ölkə qarşısında duran vəzifələrin lazimi səviyyədə icrası üçün təhlükəsizlik tədbirlərinin daim gündəlikdə olmasının önəmini qeyd edib. Prezident İlham Əliyev Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi kimi məsul vəzifənin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Ramil Usubov ona etimad göstərib Təhlükəsizlik Şurasının katibi kimi məsul vəzifəyə təyin edilməsi ilə əlaqədar dövlətimizin başçısına minnətdarlığını ifadə edib. O bildirib ki, Daxili İşlər naziri vəzifəsində çalışdığı uzun illər ərzində rəhbərlik etdiyi nazirlik öz fəaliyyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin, sonrakı dövrlərdə isə Prezident İlham Əliyevin yüksək diqqət və qayğısını daim hiss edib. Ramil Usubov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sabitliyin, əmin-amanlığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin böyük əhəmiyyət daşıdığını xüsusi olaraq vurğulayıb. O, Təhlükəsizlik Şurasının katibi vəzifəsində ona göstərilən yüksək etimadı doğrultmaq üçün səylərini əsirgəməcəyini bildirib.

Tarix
2019.06.25 / 15:36
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla